Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın rayonunda yeni elektrik xətti çəkilib - VİDEO

Tarix: 21-07-2022 14:54     Baxış: 4403 A- / A+

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq "Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir.

Manevr.az
bildirir ki, "Azərişıq” ASC- dən trend-ə verilən məlumata görə, "Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib.

Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava xətti isə bərpa olunub. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.

Laçın dəhlizi ərazisindən Minkənd kəndi istiqamətində 29 km 35 kV-luq hava xətti çəkilib. 17 km-lik 35 kV-luq "Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşdırılıb. Hazırda Laçın dəhlizi daxilində 10 km uzunluğunda 35 kV-luq kabel xətti çəkilir. Görülən işlər nəticəsində Laçın rayonunun istənilən ərazisini elektrik enerjisi ilə təchiz etmək mümkündür.

Planda 5 istiqamət üzrə 35 kv-luq elektrik veriliş xətlərinin çəkilişi nəzərdə tutulub. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar