Xəbər lenti
“Qarabağdakı sülhməramlılar vaxtından əvvəl gedəcək”

Hərbi ekspert Ermənistandan Qarabağa gələn çağırışçılardan da söz açaraq deyib:
“Onların gözü qarşısında Ermənistandan gələn çağırışçılar mülki avtomobillə gəlirlər, hətta görüntülər də var ki, çağırışçılar daha sonra əyin-başlarını dəyişib, hərbi forma geyinirlər.
O ki qaldı silah-sursat məsələsinə, orada Rusiya sülhməramlıların özlərinin və separatçıların müharibədən əvvəl gətirilmiş və sayı-hesabı olmayan silahlardan istifadə olunur. Bu proseslərə təsir mexanizm necə olmalıdır deyəndə, bu, məncə, Rusiya sülhməramlıları vasitəsilə olmalıdır, amma onlar çox təəssüf ki, öz vəzifə borclarını yerinə yetirmirlər və biz buna bir növ seyrci mövqe tuturuq”.
Ü. Cəfərli onu da vurğulayıb ki, buna qarşı ciddi təpki göstərilməlidir:
“Əslinə qalsa, bir-iki ciddi təpki göstərsəydik, Rusiya sülhməramlıları və onun komandanlığı başa düşərdi ki, biz buraya Azərbaycan tərəfindən dəvət olunmuşuq və Azərbaycanın narazılığı o deməkdir ki, siz vaxtından əvvəl oradan çıxıb gedəcəksiniz. Onsuz da mən belə düşünürəm və onlar 5 il ərzində Qarabağda qalmayacaq.
Ümumiyyətlə, düşünürəm ki, biz bu məsələni 5 il uzatmamalıyıq, çünki bu, bizim ziyanımıza işləyir. Ona görə ziyanımıza işləyir ki, Ermənistanı bu gün görünən və görünməyən qüvvələr silahlandırırlar. Maksimum çalışmaq lazımdır ki, bu proses sürətlənsin və 2020-ci ilin 10 noyabr razılaşmasının bəndləri yerinə yetirilsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar