Xəbər verdiyimiz kimi, bu gün Edvard Asryan Ermənistan silahlı qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, E.Asryanın kimliyi ilə bağlı erməni mediasına olduqca az məlumatlar yerləşdirilib.
Onun Xocavənd rayonunun Azıx kəndində anadan olduğu bildirilir. Bundan öncə müxtəlif vəzifələrdə çalışıb, hərbi hissə komandiri olub, 2021-ci ilin mayında baş əməliyyat idarəsinin rəisi və Baş Qərargah rəisinin müavini təyin edilib.
Qərargahda vəzifələr tutmazdan əvvəl Asryan Ermənistanın işğal altında saxladığı Qarabağda qanunsuz yerləşdirilən bir sıra hərbi hissələrinə, o cümlədən cəbhədə döyüş növbətçiliyində olan birləşmələrə komandanlıq edib.
Ən maraqlı və diqqətiçəkən məqam da məhz 28 il işğalda saxlanılan Qarabağda xidmət edən, ərazini yaxşı tanıyan, Azərbaycanda doğulmuş birinin Ermənistanda Baş Qərargah rəisi təyin edilməsidir. Əslində, Qarabağ klanı ilə Paşinyan komandası arasında ciddi qarşıdurma olduğu və Paşinyanı seçən ermənilərin bu klandan qurtulmağa çalışdığı hər kəsə aydındır. Bu məqamda N.Paşinyanın qarabağlını Baş Qərargah rəisi təyin etməsi təsadüfü sayıla bilməz.
Qeyd edək ki, bundan öncə Baş Qərargah rəisinin müavini Saak Saakyanın Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində hələ də qanunsuz olaraq saxlanılan erməni hərbi birləşmələrinin tərkibinin dəyişdiriləcəyini, ora muzdlu hərbçilərin göndəriləcəyini açıqlamışdı. Bunun ardınca isə erməni siyasətçi Tevos Arşakyan Qarabağ klanının Qarabağda hücuma keçməyə hazırlaşdığı haqda sensasion bəyanatla çıxış etmişdi.
Artıq bütün dünya Qarabağ münaqişəsinin geridə qaldığını və yeni reallığı qəbul etdiyi bir vaxtda Ermənistanın ciddi bir təxribata hazırlaşdığı ehtimalları getdikcə artır. N.Paşinyanın Qarabağı yaxşı tanıyan birini Baş Qərargah rəisi təyin etməsi isə bu ehtimalları gücləndirir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar