Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla yeni müharibə ola bilər- Politoloq

Tarix: 13-07-2022 16:44     Baxış: 4306 A- / A+

“Ermənilərin tez-tez Kəlbəcər istiqamətində atəşkəsi pozması onların sülh tərəfdarı olmadığını birdaha göstərir. Ermənistanın bu cür ürəkli addım atmalarının səbəbi Rusiyadır”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Ermənistan Rusiyanın dəstəyi ilə sərhəddə təxribatlar törədir: “ Ermənilər özlərini liberal cəmiyyət kimi göstərsələr də, rus şovinizmini regiona gətirmək arzusundadırlar. Yəni Ermənistanın bu qədər arxayın addım atması Fransa, Rusiya və Amerikanın onlara dəstək verməsidir. Amma onlar bilməlidir ki, qarşı tərəfin də adekvat addımlar atması bölgədə gərginliyin daha da artmasına səbəb olacaq”.
Q.Hüseynli vurğulayıb ki, ermənilər konstruktiv addım atmasa, bölgədə yeni müharibənin alovlanması qaçılmazdır: “Azərbaycan hələ də bütün problemlərin danışıqlar yolu ilə həll olunmasını istəyir. Nikol Paşinyan verdiyi açıqlamalarda yeni müharibənin olma risklərindən danışır. Ancaq onlar bunun qarşısını almaq əvəzinə təxribatlar törədərək regionda sülhün bərqərar olmamasına çalışırlar. Azərbaycan əvvəldən müharibə istəmədiyini bəyan edib, amma yenidən revanşist qüvvələr baş qaldırarsa, onların başın əzməyə hazırıq. Ermənilər tarix boyu bizə qarşı düşmənçilik ediblər. İndi isə dünyaya özlərini sülhsevər insanlar kimi göstərməyə çalışırlar. 44 günlük müharibədən sonra məğlub olan Ermənistanda revanşist qüvvələrin baş qaldırmaması üçün Azərbaycan müəyyən addımlar atmalıdır. Son vaxtlar sərhəddə baş verən insidentlər fonunda yeni müharibənin olması istisna deyil. Əgər qarşı tərəf konstruktiv mövqe sərgiləməsə, “dəmir yumruq” onların başını əzəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar