Xəbər lenti
Böyük Qələbəyə aparan Zəfər salnaməsi... - Tovuz döyüşləri
Manevr.az bildirir ki, bunu teleqraf.com-a şanlı Tovuz döyüşlərinin iki ilinin tamam olması ilə bağlı açıqlamasına Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir:
“Bu mənada Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə Şanlı Zəfər döyüşü kimi qeyd edilir. Məhz erməni təxribatına cavab olaraq başlayan bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. 2020-ci ilin iyul döyüşlərində Ermənistan 100-dən çox hərbçisini itirib, düşmənin onlarla hərbi obyekti məhv edilib”.
“Azərbaycan xalqı Tovuz döyüşləri zamanı igidlik göstərən və Ermənistanın işğalçılıq niyyətinin qarşısını qətiyyətlə alaraq şəhidlik zirvəsində yüksələn general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov olmaqla bütün şəhidlərimizin xatirəsinə daima yüksək hörmət və ehtiram göstərir. Bu mənada Tovuz döyüşləri Ali Baş Komandan başda olmaqla xalq, ordu birliyinin təcəssümünə çevrildi. Azərbaycan Ordusu nümayiş etdirdi ki, o öz gücü ilə düşmənə layiqli cavab verməyə qadirdir və torpaqlarımızı qısa zamanda azad etməyə hər an hazırdır”.
Aqil Məmmədov bildirib ki, 2020-ci il 27-i sentyabrında növbəti erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 30 illik erməni işğalına son qoydu: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz düşmənə 44 gündə ağır və bir daha özünə gələ bilməyəcək zərbə vurdu. 30 illik erməni işğalı bitdi. Ona görə də xalqımız bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir. Bu inkişaf bölgədə və qlobal müstəvidə sülhü və əməkdaşlığı başlıca töhfədir”.
Hərbi ekspert Ədalət Verdiyev Tovuz təxribatlarında Ermənistanın əsas “məqsədinə” diqqət çəkib:
“Erməni tərəfinin bu təxribatları törətməkdə məqsədi münasibətləri qismən soyuyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu münaqişəyə cəlb etmək idi. Həmin dövr KTMT-nin fəaliyyətdə olan baş katibi Ermənistanda həbs edilmişdi. Bu amil Rusiyada və digər üzv ölkələrdə narazılıq yaratmışdı. Bu səbəbdən KTMT-nin Ermənistandan uzaq durmağa çalışdığı bir vaxtda erməni tərəfi təşkilatla Azərbaycanı üz-üzə qoymaq üçün Tovuz təxribatlarına əl atdı. Çünki yaxın 30 illik erməni işğalı dövründə Ermənistanın əsas məqsədi Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq idi. Amma Tovuz döyüşləri zamanı Azərbaycan öz sərhədləri çərçivəsində düşmənə cavab verdi. Ölkəmiz növbəti təxribata qədər sarsıdıcı zərbələri saxlamış oldu. Əslində bu ən doğru qərar idi. Ermənistan ərazisində Azərbaycan hərbi hədəflərinin olmadığını Horadiz əməliyyatı, Aprel, Babakar döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və Vətən müharibəsində nümayiş etdirdi”.
Hərbi eksperet hesab edir ki, bu döyüşlərdə Azərbaycan yalnız öz ərazi bütövlüyünü qorudu: “Tovuz döyüşlərində Azərbaycanın biri general, biri polkovnik, ikisi mayor olmaqla 12 hərbçisi və bir mülki şəxs şəhid oldu. Bütün şəhidlərimizin qisası və qanı isə 75 gün sonra növbəti erməni təxribatı ilə başlayan Vətən müharibəsində alındı. Əslində Vətən müharibəsində Azərbaycan özünün hərbi imkanlarını daha geniş şəkildə düşmənə göstərə bildi. Yaxın əsrdə Ermənistana unutmayacağı bir zərbə vuruldu”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar