Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azad edilmiş ərazilərin bərpasında bu ölkə də iştirak edəcək - RƏSMİ

Tarix: 03-07-2022 22:25     Baxış: 5316 A- / A+
Azad edilmiş ərazilərin bərpasında bu ölkə də iştirak edəcək - RƏSMİ
"Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək".
 
Manevr.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib.
 
Nematov azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin həcminə də heyran qalıb:
 
"Bu, Azərbaycanın iqtisadi və siyasi baxımdan nə qədər güclü olduğunu göstərir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək. Biz Füzulidə Özbəkistanda "prezident məktəbi" kimi tanınan yeni tipli məktəb tikəcəyik".


O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini şərh edərək, iki ölkə arasında imzalanmış sazişlərin geniş bazasını xüsusilə vurğulayıb.
 
"Əməkdaşlıq potensialı böyükdür. Əgər 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəmiz 17 milyon ABŞ dolları idisə, 2021-ci ildə 118 milyon ABŞ dolları təşkil edəcək. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı artır, hazırda onların sayı 300-dən çoxdur”, - Nematov qeyd edib.
 
Nematov iki ölkə arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar