Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan

Tarix: 28-06-2022 08:43     Baxış: 4289 A- / A+

Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır.

Manevr.az bildirir ki, belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında səsləndirib.
Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki dəfə Bakı ya imtina etdi, ya da təxirə salınmasını tələb edib:
"Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üştərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir".
Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir.
O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.

Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların "hər iki ölkədə" qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamağa çalışır.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan "Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur" kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan "dqr", "status" adı çəkməyəcəyinə söz verib.
Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə "Azərbaycan Ermənistana və Qarabağa qarşı müharibəyə hazırlaşır" kimi ifadə ilə həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən "ayrıca qurum" kimi danışmağa səy göstərir.
Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar