Xəbər lenti
Bakı tezliklə Laçın dəhlizini bağlayacaq – Qarabağdan KÜTLƏVİ QAÇIŞ
Manevr.az xəbər verir ki, Xankəndidəki ermənilər arasında ciddi təşviş yaşanır.
Onlar hesab edirlər ki, Laçında inşa olunan və ermənilərin Ermənistana gediş-gəlişi üçün nəzərdə tutulan yol Bakının tam nəzarətində olacaq.
Separatçı-terrorçuların oyuncaq “parlamentinin” qondarma “deputatı” Anna Kostanyan bildirib ki, Laçında çəkilən yeni yol Azərbaycanın dövlət büdcəsinin vəsaiti ilə inşa edilir.
“Ona görə də Laçın şəhərinin mərkəzindən keçən dəhliz bağlandıqdan və gediş-gəliş yeni yola transfer edildikdən sonra Bakı bu yola nəzarəti ələ keçirəcək. Ermənilərin yeni yoldan Azərbaycanın nəzarət-buraxılış postlarından keçməklə istifadə etməsi təhlükəsi var. Digər tərəfdən, yeni yolun texniki imkanları çox zəifdir və bu gediş-gəlişdə çətinliklər yarada bilər” – Kostanyan iddia edib.
Xankəndidəki Anna həm də ermənilərin Qarabağdan kütləvi köçünə də işarə vurub. Onun “ermənilər qruplar halında gəlib burada yaşamalıdır, bizi yalnız bu, xilas edə bilər, hətta müvəqqəti də olsa çoxsaylı şəkildə bura gəlmək lazımdır” sözləri də bunu təsdiqləyir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar