Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın şəhəri Azərbaycan ordusunun nəzarətinə nə vaxt keçəcək? - Tarix verildi + Video

Tarix: 19-06-2022 21:27     Baxış: 3359 A- / A+

Son günlər sosial şəbəkələrdə Laçın şəhərinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı videogörüntülər paylaşılıb. Yayılan videolar geniş müzakirələrə səbəb olub. ''Xəzər Xəbər'' bu mövzunu araşdırıb. Hərbi ekspert Ədalət Verdiyev müsahibəsində bildirib ki, Laçın dəhlizinə çəkilən alternativ yol istifadəyə verildikdən sonra Laçın şəhərinə Azərbaycan ordusu tam nəzərət edəcək. Şəhərin Azərbaycana təhvil verilməsinə isə az alıb. 
''Laçın dəhlizinə alternativ çəkilən yeni avtomobil yolu istifadəyə verildikdən sonra Laçın şəhəri Azərbaycanın tam nəzarətinə keçəcək. Azərbaycan ordusu şəhərə və ətraf kəndlərə tam nəzarət edəcək''.
Sosial şəbəkələrdə Laçın şəhərinin nəzarətimizə keçməsi ilə bağlı yayılan videoları şərh edən hərbi ekspert Ədalət Verdiyev ''Xəzər Xəbər''ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Laçın dəhlizindən Rusiya sülhməramlılarının alternativ yola köçürülməsi Laçında mövcud olan erməni silahlılarının da çıxarılması ilə nəticələnəcək.
Ədalət Verdiyev deyir ki, erməni silahlıların və təxminən 50-yə yaxın erməni ailəsinin Zabux ərazisində artıq köçürülmə təlaşı başlayıb. Onların narahat olmasının səbəbləri isə hamıya məlumdur.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan keçən yeni avtomobil yolunun inşasının cari ildə başa çatdırılması nəzərdə tutulub.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar