Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Zəngəzur dəhlizi sülh üçün imkanlardan biridir” - Karen Donfrid

Tarix: 16-06-2022 20:45     Baxış: 4292 A- / A+
“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sülh üçün imkanlardan biridir” - Karen Donfrid
“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.
 
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.
“Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var. Zəngəzur dəhlizi belə imkanlardan biridir”, - Donfrid bildirib.
Onun sözlərinə görə, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb: “Fürsətin nə qədər davam edəcəyi bilinmir”.
O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən və Cənubi Qafqazın inkişafında Azərbaycanın yeri ilə bağlı müzakirələrdən danışıb.
“Prezident İlham Əliyev Cənubi Qafqazı dinc inkişafda görür. ABŞ burada davamlı sülhə nail olmaq üçün region ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir”, - Dövlət katibinin köməkçisi vurğulayıb.
K.Donfridin sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir.
Dövlət katibinin köməkçisi regiona səfəri çərçivəsində bu müzakirələri digər region ölkələri ilə də davam etdirəcək. “Əgər biz burada əməkdaşlığı gücləndirə bilsək, bu, regionun çiçəklənməsinə gətirib çıxaracaq”, - o deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar