Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb

Tarix: 11-06-2022 16:26     Baxış: 3296 A- / A+
Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb.
Manevr.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar.
Bir neçə gün öncə Xankəndidən “vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb.
Mülki ermənilərə bildirilib ki, tezliklə “Laçın dəhlizi”nə alternativ çəkilən yol istifadəyə veriləndən sonra Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi zonaya daxil olacaq.
“Hraparak” yazır ki, kənddəki erməni icmasının rəhbəri Andranik Çauşyan sakinlər arasındakı çaxnaşmanın qarşısını almaqda çətinlik çəkir.
Artıq kənddə 50-yə yaxın ailə qalıb.
Üçtərəfli sənədə görə, yeni yol bu il ərzində istifadəyə verilməlidir.
Verilən xəbərə görə, yaxın günlərdə Xankəndidən separatçıları təmsil edən şəxslər Zabuxa gələcək, burada yaşayanlarla vəziyyəti müzakirə edəcəklər./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar