Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşa yolunda Mobil Müşahidə Sistemləri quraşdırıldı - VİDEO

Tarix: 10-06-2022 09:49     Baxış: 4376 A- / A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırıb.

Bu barədə AAYDA-dan bildirilib.
Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.
Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.
Bu işlərin davamı olaraq bir müddətdir ki, Agentlik tərəfindən müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.

Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür.
Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonunla, keyfiyyətli günəş panellərinin istehsal etdiyi enerji ilə təhciz olunan 24 saat kəsintisiz, 500 metr ərazinin video görüntüsünü xüsusi proqram vasitəsilə təmin olunur.
İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür.
Mobil Müşahidə Sistemi ölkə boyu icra olunan yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na əsasən keyfiyyətlə, sürətlə və təhlükəsizlik qaydalarına riayət edilməklə icrasına, tərtib olunmuş qrafiklə vaxtında icrasının yekunlaşdırılmasına Agentliyin rəhbərliyi tərəfindən mütamadi olaraq yerindəcə nəzarətdən əlavə, həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır.
Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarət altında saxlanılır.
Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar