Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Xocalının kəndlərindən gedir

Tarix: 09-06-2022 10:32     Baxış: 4335 A- / A+



Xocalı rayoununda yerləşən və bu ilin martında Azərbaycan Ordusunun nəzarətinə keçən Fərrux kəndindəki vəziyyət son iki ayda faktiki olaraq dəyişməyib.
"Azadlıq" radiosunun erməni xidmətinin verdiyi məlumata görə, rusiyalı sülhməramlılar erməni ailələrə Fərruxdakı evlərinə qayıtmağa imkan vermirlər.
Həmin ailələr Fərrux erməni tərəfdən işğal ediləndən sonra kəndə yerləşmiş, azərbaycanlıların evlərini qəsb edərək yaşamağa başlamışdılar.


Manevr.az bildirir ki, Azərbaycan Ordusunun əsgərləri kəndin yanındakı strateji önəmli Daşbaşı yüksəkliyindədir. Kəndin özündə isə rusiyalı sülhməramlılar növbə çəkirlər. Daşbaşıdakı mövqelərimizə aparan təminat yolları kənd ərazisindən keçir. Yəni bu ilin martından bəri kənd mövqelərimizin arxasında qalıb.
Özünü "Fərrux kənd icmasının rəhbəri" adlandıran Vardan Miakelyanın dediyinə görə, 44 günlük İkinci Qarabağ Müharibəsi başlayana qədər kənddə 20 erməni ailəsi yaşayırmış. Həmin ailələrdən böyük qismi müharibə bitəndən sonra kəndi tərk edib, çünki Ağdam rayonu işğaldan azad olub, Fərrux yaxınlığında isə Azərbaycan Ordusunun mövqeləri yerləşdirilib.
Fərrux ordumuzun nəzarətinə keçəndən sonra isə kənddə məskunlaşmış son erməni ailələri də gediblər. Fərruxdan 5 kilometr aralıdakı Pirlər kəndindəki ermənilərin də tam əksəriyyəti həmin yaşayış məntəqəsini tərk ediblər.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar