Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə təxribatlar SƏNGİMİR: Arxa planda kimlər var?

Tarix: 04-06-2022 12:33     Baxış: 4323 A- / A+
Sərhəddə təxribatlar SƏNGİMİR: Arxa planda kimlər var?
“Ermənistan öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”.

Manevr.az bildirir ki, bunu sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov son zamanlar sərhəddə baş verən təxribatlardan danışarkən deyib. O xatırladıb ki, Paşinyan əleyhinə aksiyalar hələlik səngimir və etirazçılar mövcud iqtidarı satqınlıqda ittiham edir, İrəvanın Bakı və Ankara ilə yaxınlaşmasına qarşı çıxırlar:

“İkinci tərəfdən, Ermənistan Rusiya ilə Qərb arasında qalmaqla “nə Əli aşından olmaq istəyir, nə də Vəli aşından”. Nəticədə hər iki tərəfdən Ermənistana təzyiqlər olur. Bu, daxildəki durumu bir az da ağırlaşdırır. Paşinyan bütün bunların fonunda narahatlıq keçirməmiş deyil. Özü də yaxşı bilir ki, “kəndir üstündə gəzir” və adi bir səhv ona baha başa gələ bilər. Ona görə sərhəddə vəziyyəti gərginləşdirməklə daxili auditoriyanın fikrini başqa istiqamətə yönəltmək istəyir. Beləliklə, daxildəki xaosu ikinci dərəcəli mövzuya çevirmək niyyətindədir. Lakin Paşinyan bilməlidir ki, bu da onun üçün “saman çöpü” olmayacaq. Əksinə, belə təxribatlar Azərbaycanla etimad mühitinə zərbə vurmaqla yanaşı, həm də bizim növbəti əks-hücum əməliyyatlarına başlamağımız üçün zəmin yaradır. İndi Baş nazir Azərbaycan və Türkiyə ilə münasibətləri isti saxlamaqla regiondakı mövcudluğunu qorumağa çalışmalıdır”.

Müsahibimiz deyib ki,  təxribatların daxildəki “Qarabağ klanı”nın “drijorluğu” ilə baş tutması da mümkündür:

“Onlar bu yolla qarşılıqlı əlaqələrin normallaşmasına mane olmaq istəyə bilərlər. Hərçənd, bu da Ermənistan hakimiyyəti üçün bəraət deyil. Paşinyan regional sabitlikdə maraqlıdırsa, daxildə suları bulandırmaq istəyən qüvvələrin oyununu pozmalı, bunun üçün lazım gəlsə, konkret direktivləri verənlərlə münasibətlərə aydınlıq gətirməlidir. Onu da nəzərə almaq lazımdır ki, adətən Paşinyanın Rusiyaya səfərindən və ya onun Kreml rəhbəri Vladimir Putinlə telefon danışığından sonra belə təxribatlar olur. Bir neçə gün əvvəl də Rusiya və Ermənistan liderləri danışmış, Cənubi Qafqazdakı durumu müzakirə etmişdilər…

Təxribatların gələcəkdə də təkrarlanması, hətta intensivləşməsi mümkündür. Ola bilsin, Ermənistan Qərblə Rusiya arasında “sıxıldıqca” provokasiyaların sayını artırsın. Lakin bütün hallarda, təxribatları hansı qüvvələrin idarəetməsindən asılı olmayaraq, belə addımlar İrəvanın işini daha da çətinləşdirəcək və Paşinyan iqtidarını daha “dar dalana” salacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar