Kreml ilə Qərb arasında ziddiyyətlərin zirvəsi adlandırılan Rusiya-Ukrayna müharibəsi bir çox dövlətlər üçün ciddi sınaq meydanıdır. Rusiya ilə Ukrayna arasında hələ də müharibənin davam etməsi dünyanın geoiqtisadi və geosiyasi münasibətlərinə cidd şəkildə təsir edir. Bu münasibətlər zəncirinin qırılması isə yer üzündə ərzaq qıtlığı ilə müşahidə oluna bilər.
Artıq bu istiqamətdə qiymət artımı nəzərə çarpmağa da başlayıb. Növbəti qiymət artımı isə özünü enerji daşıyıcılarında göstərə bilər. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsinin dayandırılması vacib şərtdir. İki ölkə arasında dialoqun əldə olunmasına isə daha çox Türkiyənin təşəbbüs göstərdiyi diqqətdən yayınmır.
Dialoqda iştirak edən və etməyə cəhd təəssüratı yaradan bir çox saxta dövlətlərdən fərqli olaraq Türkiyə bu məsələdə qərəzsiz, ədalətli mövqe nümayiş etdirməsi ilə seçilir. Ona görə də, digərlərindən fərqli olaraq məhz Ankaranın apardığı siyasət daha effektivdir, nəinki Rusiya-Ukrayna dialoqunda digər dövlətlərin və beynəlxalq təşkilatların "iştirakı". Müharibənin ilk günlərinə və ondan da əvvəlki müddətə nəzər sadıqda görə bilərik ki, əslində onlar qızışdırıcı mövqeləri ilə yadda qalırdılar. Birdən-birə ritorikalarında bu cür ciddi fikir dəyişikliyi təbii ki, müharibə tərəfi olan Rusiya üçün qeyri-səmimi gəlir. Bu səbəbdən də, Kreml dialoq təşəbbüskarı kimi Ankaranın cəhdlərini daha faydalı hesab edir. Türkiyə üçün bu məsələ iki istiqamətdən önəmlidir: iqtisadi və siyasi.
İqtisadi cəhətdən Türkiyənin artıq məqsədinə çatdığını deyə bilərik. Söhbət Ukraynanın dənizlərdəki blokadasının aradan qaldırılması məsələsindən gedir ki, Türkiyənin fəallığı nəticəsində Rusiya bu mövzuda kompromisə getdi. Beləcə Ukrayna anbarlarında olan taxılın dünya bazarına çıxarılması təmin edildi.
Bu yöndə ötən gün Rusiya prezidenti Vladimir Putin də razılıq verdi ki, dənizə çıxış vasitəsilə Ukrayna Türkiyə şirkətlərinə taxıl sata bilər. Bu, bir daha Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə təmaslarının nə qədər əhəmiyyətli olduğunu göstərən növbəti faktdır. Sözügedən məsələdən də məlum olur ki, dünyanın heç bir liderinin bacarmadığını, mümkünsüz kimi görünən prosesini Türkiyə lideri yoluna qoymağa qadirdir.
R.T.Ərdoğanın Putin və Zelenskiyə zəng edərək BMT-nin vasitəçiliyi ilə hər iki ölkə liderinin görüşünün təşkili ilə bağlı təşəbbüsü də çox güman ki, öz müsbət nəticəsini verəcək. Artıq Ukrayna tərəfindən Ərdoğanın bu təşəbbüsünə müsbət reaksiya da diqqətdən yayınmadı. Zelenski bu görüşə hazır olduğunu bildirməklə Türkiyənin vasitəçi olduğu belə bir təmasa razılığını ifadə etməklə, Ərdoğan amilinin, ona olan etimadın nə qədər yüksək olduğunu nümayiş etdirmiş oldu. Rəsmi Ankaranın gələcəyə hesablanan bu siyasəti onu dünyada əsas söz sahibi olan dövlətə çevirməklə yanaşı, öz milli maraqlarının təmin edilməsi baxımından da vacibdir. Türkiyə aparıcı aktor olaraq göstərdiyi bu fəallıqla ABŞ-ı başa salmış oldu ki, Türkiyə olmadan NATO-nun Şərq cəbhəsi uğur qazana bilməz, Türkiyəsiz ABŞ-ın Yaxın Şərq, Rusiya, Qafqaz siyasəti iflasa məhkumdur.
Ərdoğan əslində Ukraynadakı hərbi əməliyyatlar fonunda bir daha Qərbə izah etmiş oldu ki, sizin iqtisadiyyatınız da, geosiyasətiniz də, təhlükəsizliyiniz də Türkiyəsiz çox ciddi sual altında olacaq.
Rusiya ordusunun çıxacağı yerdə Türkiyənin hegemonluğu əsas məqamlardan birinə çevrilir. Biz bunu Suriyadakı son prosesdə də açıq şəkildə gördük. Əslində Kremlə də Qərbdəki əsas rəqiblərinin məhz həmin qaynar nöqələrdə mövcudluğundansa, aralarında nə qədər narazılıqlar, anlaşılmazlıqlar olmasına rəğmən, digərləri ilə müqayisədə ən qısa müddətdə də dil tapdığı Türkiyənin ordusunun məhz həmin ərazilərdə varlığı sərf edən məqamdır. Bunun müqabilində Rusiya Türkiyə ilə digər məsələlərdə anlaşa bilər ki, nəticədə Moskva öz maraqlarını da təmin etmiş olar.
Qarabağdakı separatçılar, Ermənistandakı müxalifət, revanşist qüvvələr başa düşməlidirlər ki, tezliklə Rusiya-Türkiyə dialoqunun ikinci mərhələsində erməni separatçıları üçün daha bir acı nəticə ilə üz-üzə qala bilərlər. Türkiyə Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olduğunu son proseslər fonunda çox aydın şəkildə bütün dünyaya təsdiq etdi. Moskva ilə Ankara arasındakı təmaslar Qafqazda 44 günlük müharibə ilə dəyişən geosiyasi düzənin daha sürətli bir şəkildə inkişafına, region dövlətləri üçün vacib iqtisadi inkişaf yönümlü hadisələrin cərəyanına təkan verə bilər.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar