Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngilana qayıdış başlayır - VİDEO

Tarix: 29-05-2022 10:51     Baxış: 4375 A- / A+

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatıb.
Manevr.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, kənd meydanında 30 ilə qədər müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.
Kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə də ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.
Bu “ağıllı kənd”də müasir şəhərlərə xas infrastruktur tam hazır formadadır.
Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi də sürətlə davam etdirilir.
Hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir.
Bundan başqa, Zəngilan Beynəlxalq hava limanında da işlər sürətli şəkildə həyata keçirilir. Artıq hava limanında işlərin tamamlanacağı tarix isə uzaqda deyil.
Həmçinin Horadiz-Ağbənd dəmiryolunun 2-ci mərhələsinin,  “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməli də qoyulub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar