Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngilanda hündürmərtəbəli binalar tikilməyəcək

Tarix: 27-05-2022 09:31     Baxış: 4324 A- / A+
Zəngilanda hündürmərtəbəli bina olmayacaq
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.
 
Manevr.az-ın məlumatına görə, Baş planın konseptual əsasını rahat yaşayış, yaşıl və təmiz, proqressiv innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir.
 
Hazırlanması zamanı onun özünəməxsus simasını formalaşdırmaq üçün ərazinin mövcud memerlıq ənələri araşdırılıb,  tarixi mühitin qorunması şərtiylə tətbiq oluna biləcək müasir yanaşmalar müəyyən edilib.

Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.
 
Şəhərin planlaşdırılmasında tətbiq edilmiş  “15 dəqiqəlik şəhər” yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır. Gündəlik təlabat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkilini özündə ehtiva etməklə, sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq.
Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar