Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Daha 5 min nəfərə "Müharibə veteranı" adı veriləcək

Tarix: 26-05-2022 14:58     Baxış: 4280 A- / A+

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək: "Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə "Müharibə veteranı" adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək".
"Hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik", - məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar