Xəbər lenti
Qarabağda müharibə başlayacaq - Ukraynadan sonra - ŞOK İDDİA
Ukraynadakı proseslərdən az-çox aydın olur ki, Rusiya Donetskin şimalında uğur qazanmaq üçün bütün səylərini artırıb, eyni zamanda Qərbdəki kəndləri də tamamilə nəzarətə götürməklə Kiyevi vəziyyətlə barışmağa var gücü ilə məcbur etməyə başlayıb".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Gürcüstan Rusiyanın əleyhinə nümayişkəranə qərarlar qəbul edərsə, növbəti hədəf ola bilər:
"Kremldən gələn yeni tapşırıq Luqansk, Donetsk və Xerson rayonlarının inzibati sərhədlərinə birləşdirməkdir. Moskva artıq bundan daha azına razı olmayacaq.
Belə olan halda atəşkəs mümkündürmü?
Bəli, bəlkə də, hətta danışıqlar da mümkündür. Və Moskvanın bu cür vəziyyətdə Ukraynaya hərbi təchizatın dayandırılmasını tələb edəcəyini təxmin etmək də çətin deyil. Belə bir ssenarinin təhlükəsi odur ki, Kreml məntiqlə informasiya hücumunu mütləq şiddətləndirəcək - söhbət sülhdən gedirsə, niyə silahlanmaqda davam edirsən. Lakin Kiyevin bu cür təkliflə atəşkəsə razı olması ehtimalı yoxdur, amma Rusiya Federasiyası buna nail olmaq üçün çox çalışacaq. Artıq cəhd də etməyə başlayıb, vəssalam. Hazırda Şərqdə baş verənlər məhz bununla bağlıdır. Və təbii ki, Ukraynada daxili bölünmə ilə bağlı ehtimallar da istisna edilmir.
Rusiya Ukraynadakı hərbi təcavüzü bu və ya digər yollarla dayandırmağı bacarsa, Qarabağda hərbi əməliyyatlara başlamağa çalışacaq. Məqsəd Ermənistanı daimi olaraq özünə tabe etməkdir.
Gürcüstana gəlincə, Ukrayandakı ssenarinin Gürcüstanda təkrarlanacağına qəti inanmıram. Özümüzü haya-küyə salaraq planlarını bir-birinin ardınca yerinə yetirməyə çalışan Rusiya üçün hazır yem halına gətirə bilərik. Bu da qlobal prinsiplərin bir tərəfidir. Amma kimə xəbərdarlıq edilirsə silahlanır. Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya gərəkən cavabı sona qədər verəcəyinə çox inanırıq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar