Xəbər lenti
“İrəvan Qarabağın statusundan imtina edir“ - Qeqamyan
"İcazə verin, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin dünən axşam Brüsseldə əslində nəyi razılaşdırdıqlarını bənd-bənd izah edim".
Manevr.az xəbər verir ki, bunu tarix elmləri namizədi, türkoloq Varujan Qeqamyan öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan, nəhayət, Azərbaycandan kənarda Qarabağın statusu uğrunda mübarizədən imtina edir:
“Danışıqlar prosesində Qarabağın statusu ilə bağlı bir kəlmə də yoxdur. Yalnız “Qarabağ bölgəsindəki etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi” qeyd olunur ki, bu da ən yaxşı halda ermənilərin Azərbaycanda milli azlıq kimi yaşaması deməkdir. Əslində bu, Qarabağın tamamilə silahsızlaşdırılması deməkdir.
Üstəlik, Dağlıq Qarabağ Muxtar Vilayəti ideyasına əsaslanan “Dağlıq Qarabağ” termini artıq işlədilmir. Brüssel bəyanatında sadəcə olaraq Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına əsaslanan “Qarabağ regionu”ndan bəhs edilir, bu da ayrıca statusu nəzərdə tutmur.
Azərbaycanla “sülh müqaviləsi” hazırlanır, onun əsas müddəası Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünün tanınmasıdır. Bu səbəbdən Qarabağ ermənilərinin “hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi” yalnız yuxarıda qeyd olunan müqavilə kontekstində qeyd olunur, çünki Qarabağın sadəcə olaraq başqa statusu olmayacaq".
Varujan Qeqamyan daha sonra qeyd edir:
"Bəyanatda deyilir ki, tərəflər “Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitin təmin edilməsi prinsipləri” barədə razılığa gəliblər. Bu qeyri-müəyyən ifadə əslində o deməkdir ki, Ermənistan Tavuş və Ararat vilayətlərində əsas yollarımızın keçdiyi qondarma “anklavları” Azərbaycana verəcək: onlar Ararat bölgəsində Vayots Dzor və Sünik rayonları ilə əlaqəni təmin edirlər ( Tiqranaşen bölməsi) və Tavuş bölgəsində - şimal və cənub arasında, İran və Gürcüstanı birləşdirən marşrut boyunca yerləşir.
Yəni bu ərazilər Azərbaycanın tərkibinə veriləcək, ondan sonra xüsusi icazə və nəzarət altında rayondan bölgəyə köçmək məcburiyyətində qalacağıq. Eyni aqibəti yaşayan Qoris-Kapan (Gorus-Qafan) yolunu xatırlamaq yerinə düşər".
"Bu məqamların həyata keçirilməsinə qarşı mübarizə aparmaq, sonra siyasətlə məşğul olmaq lazımdır. Qarabağın son olaraq türkləşdirilməsinin və yeni ərazi güzəştlərinin qarşısını almağın bir yolu var. İndiki təslim olan hökumətə qarşı mübarizəyə başlamaq, Milli Razılıq Hökumətini qurmaq və birgə səfərbərlik prosesinə başlamaq lazımdır.
Bu gün müxtəlif qüvvələr, şəxsiyyətlər küçələrə axışıb. Güvənə biləcəyiniz birini tapa bilmirsinizsə, öz qüvvələrinizi təşkil edin, küçələrə çıxın və Hərəkata qoşulun. Yalnız bundan sonra uğur qazana bilərik”, - deyə Qeqamyan sonda yazıb./yenisabah.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar