Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

Tarix: 06-05-2022 16:16     Baxış: 3336 A- / A+
Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar hər iki tərəfdə var və bunlar dəyişdirilməlidir. Ermənistan Azərbaycana altı şərt irəli sürüb. Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb”. 

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistan Gədəbəy rayonundakı Başkənd anklavını nəzərdə tutur və Qazaxın bir neçə kəndini Azərbayacana qaytarmaqda maraqlı görünmür:

"Qazaxın yeddi kəndi və Naxçıvan MR Kərki kəndi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinə salınmalıdır. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı çıxışında deyib ki, Ermənistanla sərhdlərin müəyyənləşməsində məhz 1918-ci ildən başlayan xəritələr əsas  götürülməlidir. Təbii ki, bu xəritələrin əsas götürülməsi Ermənistanın anklavalarla bağlı təkliflərinə son qoyucaq. Prezidentin bu konteksdə mövqeyi məhz Ermənistanla hər hansı ərazi mübadiləsini istisna edir”. 

"Ümumiyyətlə, Ermənistanla sərhədlərin demarkasiyası uzun çəkəcək. Azərbaycan anklavlarla bağlı məsələdə Ermənistana güzəştə getməməlidir. Nikol Paşinyan daxili auditoriyadan çəkindiyi üçün bu məsələdə maraqlı deyil. Amma Ermənistan cəmiyyəti də bilməlidir ki, anklav kəndlər Azərbaycan torpaqlarıdır”, - deyə politoloq bildirib.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar