Xəbər lenti
Abramyan: “Bir vaxtlar Qarabağın Ermənistan olduğunu deyənlər indi Qarabağın Azərbaycan olması ilə razıdırlar”

Bu sətirləri Ermənistanın “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan özünün “Öz kimliyimizi inkar etmək həddinə çatmışıq” başlıqlı məqaləsində yazıb.
Baş redaktorun sözlərinə görə, bu qadın hazırkı hakimiyyətin elektoratının nümayəndəsi və sülh gündəminin tərəfdarıdır.
“Mən güman edirəm ki, indiki hökumət, dolayı yollarla, əgər belə demək mümkünsə, “xalqı sülhə hazırlayır”. İnsanlara onilliklər ərzində deyilirdi: “Səbir edin, Qarabağ naminə ehtiyaclarınızdan imtina edin”. Lakin bunu deyənlər ehtiyac içində yaşamırdılar, əksinə, həyatın bütün ləzzətlərindən zövq alırdılar. Ona görə də hazırkı vəziyyət həmin o ikiüzlülüyə reaksiyadır”, - A.Abramyan yazır.
A.Abramyanın vurğulayır ki, bir vaxtlar Qarabağın Ermənistan olduğunu deyənlər indi Qarabağın Azərbaycan olması ilə razıdırlar.
“İndi Ermənistanda bu qadın kimi düşünən xeyli sayda insan var. Məncə, bu gün Ermənistanda yaşayan insanlar üçün qeyd etdiyim tendensiya daha aparıcıdır”, - mətbuat nümayəndəsi qeyd edir./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar