Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

EGE Hospitalın igid döyüşçüsü, Vətən müharibəsinə vaxtından qabaq yollanan Rəşad həkim

Tarix: 27-04-2022 20:14     Baxış: 3439 A- / A+

O gün 2020-ci ilin sentyabrın 20-si idi, nə müharibə “iyi-qoxusu” vardı, nə də onu hansısa təlimə çağırmışdılar. Gənc həkim-cərrah Rəşad Məmmədov həmin gün artıq Füzuli-Ağdam istiqamətində Qarabağa yol almışdı.
Bəlkə də qəlbinin fəhmi ilə nəsə hiss etmişdi və 29 yaşlı bu Vətən oğlunun artıq yaşı qədər illərdən - 29 ildən sonra nəyisə gözləməyə səbri qalmamışdı. Onsuz da Qarabağ hər dəfə onun göz önünə gəldikcə, minlərlə günahsız adamların – erməni faşistləri tərəfindən 1988-90-cı illərdə qətlə yetirilmiş qocaların, qadın və uşaqların, müdhiş 20 Yanvar gecəsi daşnak Ermənistanının təhriki ilə M.Qorbaçov - D.Yazov qaniçənləri tərəfindən əsasən Stavropolun vəhşi erməni rezervistlərindən təşkil edilmiş cinayətkar ordunun Bakıya yeridilməsi, qırğınlar törədilməsi nəticəsində həlak olan dinc sakinlərin ərşə dirənən ah-naləsi, eləcə də daşnakların əli ilə törədilmiş 20 noyabr facisəi zamanı Azərbaycanın Qarakəndə köməyə tələsən say-seçmə oğullarının, döyüşlərdə həlak olmuş minlərlə igid oğul və qızlarımızın nahaq axan qanları, işğal olunmuş kənd və şəhərlərimizdə dözülməz işgəncələr verilmiş, qətlə yetirilmiş, əsir götürülmüş həmvətənlərimizin ağrı-əzabları Rəşad həkimə heç vaxt rahatlıq vermirdi. Həm də xalqımızın mərd, igid oğulları, düşmənə qarşı qətiyyətli mübarizələri və qəhrəmancasına ölümləri ilə əsl vətənpərvər, cəsur döyüşçü nümunəsi göstərmiş, düşmənə qan uddurmuş Mübariz İbrahimovun, son damla qanınadək mərdliklə vuruşmuş polkovnik Raquf Orucovun, Vətən eşqli təbəssümü ilə, böyük qəlbi ilə sanki o qədər də müharibə adamına oxşamayan general Polad Həşimovun, igidlikləri ilə xalqın yaddaşında əbədi qalan Əliyar Əliyevin, Albert Aqarunovun və digər cəsur oğulların ruhları onu bütün xalqımızla birgə “başlanmış işi” – uğurlu döyüş əməliyyatlarını davam etdirməyə, Qarabağı, müqəddəs Şuşamızı erməni tör-töküntülərindən azad etməyə səsləyirdi. 
Rəşad 24 iyul 1991-ci ildə Bakıda dünyaya gəlsə də, ata-babası əslən Zəngəzurdan, Basarkeçər rayonunun Qayabaşı kəndindən idi. Doğma yurdları erməni şovinistləri tərəfindən talanmış, el-obasından ayrı düşmüş, qaçqınlıq həyatı yaşayan böyük bir elatın yerə-göyə sığmayan dərdi də onun qəlbini didir, yalnız Qarabağın deyil, qədim, əzəli torpaqlarımız olan, rusların (gorbagor olmuş Pyotr və fahişə Yekaterinanın!) ermənilərə “peşkəş” etdiyi Qərbi Azərbaycan torpaqlarını - Zəngəzur-Göyçəni də kafirlərdən təmizləməyə çağırırdı. Təsadüfi deyildi ki, o, Azərbaycan Dövlət Tibb Uiniversitetinə qəbul olarkən gələcək həkim kimi özünə məhz hərbi-tibb fakültəsini seçmişdi. Bakıda əldə etdiyi ixtisas bilikləri ilə kifayətlənməyən Rəşad Məmmədov sonradan sənətinə daha mükəmməl yiyələnmək üçün Türkiyənin Cukurova Univesitetində təhsilini davam etdirmiş, bir müddət Balcalı xəstəxanasında təcrübəli türk həkimləri ilə birgə çalışmış, onlardan tibb sənətinin yeniliklərini maksimum öyrənməyə çalışmışdı.    
Bakıya qayıtdıqdan sonra gənc həkim-cərrah Rəşad Məmmədov bir-neçə il Dövlət Sərhəd Xidməti Hospitalının həkim-cərrahı, kəşfiyyatçı - tibb xidməti leytenantı kimi fəaliyyət göstərmişdi. Və 2020-ci ilin sentyabrında növbəti məzuniyyətindən istifadə edərək, narahat qəlbinin harayı ilə Qarabağa yollanmışdı. Sentyabrın 27-də Ali Baş komandanımızın hücum əmri ilə başlanan əks-həmlə döyüşləri, Vətən müharibəsi, qisas fürsətinin, vaxtının yetişməsi Rəşadı hədsiz sevindirmiş, onun qələbə həsrətli qəlbini xeyli coşdurmuşdu. Erməni xəyanətkarlığı ilə Füzulidə başlanan döyüşlər elə ilk gündən Milli Ordumuzun, igid əsgərlərimizin Vətən sevgisinin, Qələbə əzminin nə qədər yüksək olduğunu bütün qabarıqlığı ilə göstərirdi. Rəşad həkim ilk günlər əldə silah düşmənə qarşı ağır döyüşlərdə iştirak etməli olur. Əsgərlərimizin ölümdən qorxmadan, qisas hissi ilə döyüşlərə atılması, onunla yanaşı torpağa yataraq, düşməni qırıb-tökməsi, igidliklər, qəhrəmanlıqlar nümayiş etdirməsi Rəşadın qanını daha da coşdurur, qələbəmizə qəti, sarsılmaz inam oyadırdı. Lakin... oktyabrın 10-da Cəbrayıl uğrunda gedən ağır döyüşlərin birində əsgərlərimizlə birgə irəliləyərkən Rəşad düşmən gülləsinə tuş gəlir. Yoldaşları onu dərhal döyüş xəttindən çıxardıb, ilkin yardım göstərərək, Füzulu qospitalına çatdırırlar. Müəyyən qədər qan itirsə də, həkim həmkarları onun həyatını xilas edirlər. Lakin cəmi 4 gün müalicə alıb, tam sağalmasa da, təkidlə döyüşə, yoldaşlarının yanına qayıtmağa tələsir. Ancaq ön xəttə qayıdaraq, yaralananların, təcili yardıma ehtiyacı olanların az olmadığını görüb, orada elə həkim kimi “döyüşməyi” mühüm hesab edərək, yaralılara ilkin yardım göstərib, təxliyə edilməsinə, vaxtında qospitala çatdırılmasına çalışır. Və o, müharibə Qələbəmizlə başa çatanadək Füzulu, Zəngilan, Ağdam, Qubadlı, Laçın, Şuşa uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edərək, çox zaman ara verməyən mərmi yağışı altında yüzlərlə yaralı əsgərlərimizə təcili tibbi yardım göstərmiş, onları döyüş meydanından çıxararaq, həyatlarını xilas etmişdir. Dediyinə görə, əsgərlərimizin döyüş əzmi, Qələbə inamı o qədər böyük imiş ki, yaralılardan neçəsi ondan xahiş edirlərmiş ki, Rəşad həkim onları geriyə - qospitala göndərməsin, ağrıkəsici iynə vurub, qanaxmanı dyandırıb, döyüşü davam etdirməyə icazə versin. Və elələri olurdu ki, həqiqətən onlara ilk tibbi yardım göstərdikdən, bir qədər ara verdikdən sonra israrlı təkidləri nəzərə alınaraq, yenidən döyüş yoldaşlarının yanına göndərilirdi. Son dərəcə inanılmaz olurdu ki, yenidən döyüşə qayıdan bir qədər əvvəlki həmin yaralılar sevinclərindən az qala özlərinə qanad axtarırdılar. Belə anlarda onlara düzgün və operativ tibbi yardım göstərən Rəşad həkim heç də həmin igid, vətənpərvər döyüşçülərimizdən az sevinmirdi, qəlbi dağa dönürdü. 
Vətən torpaqlarının, Qarabağın azadlığı uğrunda döyüşlərdə Milli Ordumuzun gənc leytenantı, hərbi həkim kimi öz oğulluq borcunu şərəflə, vicdanla yerinə yetirmiş Rəşad həkim Bakıya Vətən müharibəsindəki böyük qələbəmizdən xeyli sonra – noyabrın 26-da qayıtmışdı. Çünki müharibə bitsə də, həkimlər üçün “döyüşlər” hələ də qospitallarda davam etməkdə idi. Və Rəşad həkim 29 illik zülmdən sonra qanları, canları bahasına Vətənin böyük Qələbəsinə nail olmuş mərd, igid oğullarımızın tezliklə sağalması, həyata qayıtması üçün hələ çox “döyüşməli” olmuşdu.  
Müharibədən sonra da başqa bir düşmənlə - “covid-19”-la da mübarizə aparmış Rəşad həkim Vətən qarşısında xidmətlərinə, döyüş bölgələrində göstərdiyi mərdlik və şücaətə, Cəbrayılın və Zəngilanın azad olunmasına görə ölkə rəhbəri, Ali Baş komandanımız İlham Əliyev tərəfindən döyüş medalları ilə təltif olunub. 
Ancaq Rəşad həkim belə hesab edir ki, müharibə hələ tam başa çatmayıb – Zəngəzur və Göyçə, ata-baba yurdu Basarkeçər rayonu, doğma Qayabaşı kəndi onun və qalib döyüş yoldaşlarının yolunu gözləyir. Hələlik isə o, Vətən müharibəsi veteranı, Qarabağ qazisi olsa da, xalqımıza xidmətini respublikamızın ən müasir tibb mərkəzlərindən biri olan EGE qospitalda davam etdirir, hər gün yüksək ixtisaslı uzman həkim, türk qardaşımız  İsmayıl Caymaz və orta tibb personalı ilə birgə neçə-neçə xəstəyə şəfa verir. 
Allah sizləri var eləsin, bizim fədakar, vətənpərvər həkimlərimiz! Sizə öz humanist, müqəddəs işinizdə uğurlar arzulayırıq!

Rəhman ORXAN, 
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına 
Respublika mükafatı laureatı.
















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar