Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda qalan terror qrupları MƏHV EDİLƏCƏK

Tarix: 27-04-2022 15:04     Baxış: 3222 A- / A+


"Tariximiz boyu - daha əvvəllər də Ermənistanın sülhə yanaşdığının göründüyü ərəfədə daxildə çevrilişə cəhd göstərmə halları çox olub. Ermənistanda müxtəlif siyasi qanadlar olmağına baxmayaraq mövcud vəziyyətdə bu cür təxribatların Rusiya tərəfindən dəstəkləndiyi şübhəsizdir". 
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

Hərbi analitik bildirib ki, Rusiya heç bir şəkildə Azərbaycanla Ermənistan arasında davamlı bir sülhün imzalanmasının tərəfdarı deyil:
"Çünki Rusiya daha çox maraqlıdır ki, burada münaqişə edən tərəflər olsun və bundan istifadə edərək hər iki dövlətin ərazisində müxtəlif bəhanələrlə bir şəkildə öz gücünü qoruya bilsin. Digər bir tərəfdən, Ermənistanın içərisində bir çox siyasi qanadlar var ki, onların da böyük bir qismi Rusiyadan yanadırlar. Ona bağlı müxtəlif təxribatçı, terrorist qruplar da vaxtaşırı olaraq həm Azərbaycan-Ermənistan sərhəddində, həm də Azərbaycanın daxilində, təmizlənməmiş ərazilərdə bir çox terror əməlləri törədirlər. Təbii ki, bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır.
Azərbaycan daima sülhdən yana olub, bunun üçün də öz ərazilərinin təmizlənməsində aktiv olaraq gərəkli fəaliyyətləri həyata keçirir. Baxmayaraq ki, BMT müxtəlif dövrlərdə bir sıra qətnamələr irəli sürüb və bunların heç biri həyata keçirilməyərək kağız üzərində qalıb. Azərbaycan öz gücü və imkanları hesabına gərəkli tədbirləri gördü. Təbii ki, bundan sonrakı dönəmlərdə də ərazilərimizdə qalmış az miqdarda terror qrupları da eyni şəkildə təmizlənəcək.
Bir neçə gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərməsi faktı deməyə əsas verir ki, onların bu məsələdə Rusiya tərəfindən də dəstəkləndiyi şübhəsizdir. Biz dəfələrlə Rusiyanın ikili standartlı davranışlar sərgilədiyinin şahidi olmuşuq. Bu gün Ermənistanla Azərbaycan arasında bir çox istiqamətdə sülhün dəstəklənməsi istiqamətində gərəkli diplomatik addımların atıldığını görürük. Təbii ki, bu da Rusiyanın maraqlarına ziddir. Ona görə də, bu cür təxribatların Rusiya tərəfindən dəstəkləndiyi ehtimalları çox yüksəkdir".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar