Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə dayandığı yerdən BAŞLAYA BİLƏR

Tarix: 26-04-2022 15:49     Baxış: 4218 A- / A+


"Ermənistan təxribatlarına davam edərsə, Azərbaycan müharibə və ondan sonrakı dövrdə həyata keçirdiyi fəaliyyətlərə davam edə bilər".
Manevr.az bildurir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistan bu dəfə də sülhdən qaçsa, Azərbaycan 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər davam etdirə bilər:"Əgər Ermənistan tərəfi birgə bəyanatın şərtlərində nəzərdə tutulan tələbləri yerinə yetirməzsə bu, Ermənistanın birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiyanın öz öhdəliklərinə əməl etməməsi kimi dəyərləndiriləcək. Başqa sözlə desək, əgər üçtərəfli birgə bəyanatı imzalayan tərəflərdən ikisi (Rusiya və Ermənistan) öz öhdəliklərini yerinə yetirmirsə, bu zaman Azərbaycanın da öz öhdəliklərini yerinə yetirilməsi zərurəti tamamilə ortadan qalxır.
Başqa sözlə desək, Prezident İlham Əliyevin də verdiyi bəyanatlardan ("Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq" - red.) məlum olur ki, belə olan halda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Başqa sözlə desək, Azərbaycan da 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər döyüş əməliyyatlarını davam etdirə bilər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar