Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin azərbaycanlıların məzarlarını dağıtması sənədləşdirilib - HESABAT

Tarix: 14-04-2022 16:19     Baxış: 4314 A- / A+
Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib.
Manevr.az xəbər verir ki, bu, 2021-ci il üçün ABŞ Dövlət Departamentinin İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında əksini tapıb.
Sənəddə deyilir ki, məzarların təhqir olunması, bəzi hallarda isə məzarların qarət edilməsinə dair hallarla bağlı fotosübutlar var: “Məsələn, ayrı-ayrı məzarlar qazılıb, çuxurlar tapılıb. Digər ərazilərdə ağır texnika ilə dağıdılma və ekshumasiyaya dair sübutlar var. Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə meyitlərin dəfn olunduğu yerlərdə çuxurların fotolarını çəkib. Qəbiristanlıqda bir dağıdılmış baş daşı qalıb. Bir çox məzarda ölənlərin fotoları məhv edilib. Bundan əlavə, meyitlər məzarlardan çıxarılıb və onların qızıl dişləri sökülüb, kəllə və digər sümüklər ətrafa səpələnib. Fotomüxbirin sözlərinə görə, ermənilərə məxsus məzarlar demək olar toxunulmaz qalıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar