Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə ilk və yeganə məzun: “Qürurverici hissdir”

Tarix: 13-06-2026 23:17     Baxış: 338 A- / A+
Kəlbəcərdə ilk və yeganə məzun: “Qürurverici hissdir”
Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə də bu gün “Son zəng” çalınıb. Belə ki, Kəlbəcər rayonunda yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir məktəbin ilk və yeganə məzunu olan Nəzrin Atakişiyevanı təbrik edib.

Nəzrin Atakişiyevanın sözlərinə görə, uzun illərdən sonra doğma Kəlbəcərdə ilk və yeganə məzun olmaq onun üçün böyük qürur mənbəyidir:

“Uzun müddətdən sonra yenidən canlanan doğma Kəlbəcərimizdə ilk və tək məzun olmaq həqiqətən çox qürurverici hissdir. Bu, eyni zamanda mənə daha böyük məsuliyyət də yükləyir. Ümid edirəm ki, gələcəkdə də məktəbimizin adını layiqincə təmsil edəcəyik. Hisslərimi sözlərlə ifadə etmək doğrudan da çətindir”.

Həmsöhbətimiz, elm və təhsil naziri ilə görüşünün də unudulmaz olduğunu deyib:

“Nazirlə görüşümüz çox xoş və eyni zamanda gözlənilməz oldu. Onu ilk dəfə idi görürdüm. Bu görüş bizi çox sevindirdi. O, mənə çox səmimi insan təsiri bağışladı”.
Gələcək planlarından danışan Nəzrin hazırda III ixtisas qrupu üzrə hazırlaşdığını da söyləyib:

“Filologiya istiqamətində təhsil almaq istəyirəm. Azərbaycan dili, Ədəbiyyat və Jurnalistika sahələrinə böyük marağım var. Gələcəkdə bu istiqamətdə inkişaf etməyi, arzularıma nail olmağı hədəfləyirəm. Təhsilimi isə Gəncə Dövlət Universitetində davam etdirmək istərdim”.

Nəzrin qeyd edib ki, ailəsi Kəlbəcər əsillidir və rayona ilk köç edən ailələrdən biri olublar:

“Ailəm əslən Kəlbəcərlidir. Kəlbəcərə ilk köçənlərdən biri olmuşuq. Hazırda valideynlərim də burada, doğma Kəlbəcərimizdə çalışırlar. Mən də öz üzərimdə işləyərək hədəflərimə və arzularıma çatmaq üçün əlimdən gələni edirəm”. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar