Xəbər lenti
Gəncədə ŞOK hadisə: "Qonşu dedi ki, arvadınla dünən Daşkəsəndə..." - TƏFƏRRÜAT
Gəncə şəhərində 1985-ci il təvəllüdlü Əfqan ailə münaqişə zəminində həyat yoldaşı Nəsibəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Əfqan 2016-cı ildən nikah münasibətlərində olduğu arvadı Nəsibənin ona xəyanət etməsindən şübhələnib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.
O, niyyətini həyata keçirmək məqsədi ilə 23 iyun 2022-ci ildə Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz yerdə azyaşlı övladı Səlimin anası tərəfindən bağçadan götürüləcəyini bilib və orada gözləyib.
Nəsibənin digər oğlu Vüqarla gəldiyini görib və onlara yaxınlaşıb. Nəsibə ilə həmin ərazidə bərbərxananın qarşısında söhbət etdiyi zaman xəyanət edib-etmədiyini müəyyənləşdirmək məqsədilə "Samsung" markalı mobil telefonunu onun əlindən alıb.
Nəsibə telefonu qaytarmağı tələb edəndə telefonu cibinə qoyub və şalvarın belində olan bıçağı götürüb. Övladlarının gözləri qarşısında Nəsibəyə 7 zərbə vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
"Xəyanət etməsindən şübhələndim"
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadı və övladları ilə birlikdə yaşayıb:
"Ailə həyatı dövründə münasibətlərimiz çox yaxşı olub. 2022-ci ilin əvvəllərindən münasibətimiz pisləşməyə başladı. Həmin il iyun ayının əvvəllərindən Nəsibənin mənə xəyanət etməsindən şübhələndim. Buna səbəb telefonunu əvvəllər açıq vəziyyətdə qoyduğu halda, həmin vaxtlar kilidli vəziyyətdə saxlaması, telefonuna baxmaq istədikdə mənə maneçilik törətməsi oldu. Telefonun kilidini açmağımı istədikdə Nəsibə buna imkan vermirdi".
"Araşdırma aparıldı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 7-də evə gələrək borclara görə evdə olan soyuducunu və ya paltaryuyanı satmaq istədiyini, daha sonra işləyib alacağını deyib: "Nəsibə buna etiraz etdikdə aramızda mübahisə düşdü. Nəsibə bu barədə anası, atası və qardaşına xəbər verdi. Onun ailə üzvləri gəldikdə yenə mübahisələrimiz oldu.
Nəsibə mənə ev əşyalarını satmamağı dedi və 102 zəng mərkəzinə şikayət etdi. Bununla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində araşdırma aparıldı".
"Daha da şübhələndim"
Təqsirləndiriləın şəxs deyib ki, iyunun 7-də Nəsibə kiçik övladı Səlimi götürməklə atasının evində yaşamağa başlayıb: "İyunun 15-də saat 17 radələrində kiçik oğlum Səlimi görmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən uşaq bağçasına getdim. Oğlum Səlimi götürərək geri qayıtmaq istədikdə, Nəsibənin atası Vəli gəldi. Ondan Nəsibənin yerini soruşduqda, bunun mənə aidiyyəti olmadığını bildirdi.
Normal halda uşaqlar bağçadan saat 16.30-da götürülməli olduğu halda, təxminən yarım saat keçməsinə baxmayaraq Nəsibənin gəlməməsi məni daha da şübhələndirdi".
"Ayrılmaq istədiyini bildirdi"
Əfqan qeyd edib ki, həmin gün saat 20 radələrində Nəsibənin yaşadığı evin yaxınlığına gedib:
"Lakin Nəsibənin hələ evə qayıtmadığını başa düşdüm və evə gəldim. Saat 23 radələrində yenidən Nəsibənin yaşadığı ünvana getdim. Bu zaman Nəsibənin tez-tez girib-çıxdığı Sabir adlı şəxsin qapısına yollandım. Ondan Nəsibənin harada olduğunu soruşdum.
Sabir Nəsibənin onlarla birlikdə Daşkəsən rayonuna birlikdə yeyib-içməyə getdiklərini dedi. Sabirə əsəbləşərək bundan sonra Nəsibə ilə görüşməməyi tapşırdım.
Həmin günün səhəri balaca oğlumu Nəsibəyə təhvil verdim və bundan sonra bağçaya gecikməməsini dedim. Ondan Daşkəsənə kiminlə getdiyini soruşdum. Nəsibə yaxşı etdiyini, işinə qarışa bilməyəcəyimi və ayrılmaq istədiyini söylədi".
Əfqan deyib ki, həmin vaxtdan Nəsibəyə şübhələri kəskin artıb: "Onun xəyanət etməsi artıq mənə tam aydın oldu. Nəsibəni faktla tutmaq və tutan zaman onu öldürmək üçün fürsət axtarmağa başladım. Hadisə baş verməzdən 2 gün əvvəldən artıq üzərimdə bıçaq gəzdirirdim".
"İşinə qarışmamağımı dedi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 23-də günorta saatlarında Texnologiya Universitetinin qarşısına gəlib: "Kiçik oğlumu Nəsibənin nə vaxt götürəcəyini gözləməyə başladım. Bu zaman Nəsibənin böyük oğlum və qardaşı ilə birlikdə harasa getmək istədiyini gördüm. Onlara yaxınlaşdım.
Nəsibəyə bir müddət sonra Səlimin bağçadan götürülmə vaxtı çatacağını və uşağı gözlətməməyi, belə olduğu halda övladımı özüm götürəcəyimi bildirdim. Nəsibə onun işinə qarışmamağımı, uşaqdan və ondan əl çəkməyimi dedi. Uşaqların xatirinə onunla barışmaq istədiyimi bildirdim. Nəsibə öz həyatını yaşamaq istədiyini, bir-birimizlə alınmayacığını söylədi.
Bu sözdən əsəbiləşdim və Nəsibənin xəyanət edib-etməməsini müəyyənlşdirmək məqsədi ilə telefonunu əlindən aldım. Nəsibə telefonu geri almaq istədikdə, onu cibimə qoydum. Sağ tərəfdə şalvarımin belində olan bıçağı çıxararaq Nəsibəyə təxminən 2-3 bıçaq zərbəsi vurdum".
"Təslim oldum"
Əfqan qeyd edib ki, Nəsibə qaçaraq yaxınlıqda olan dayanacaq istiqamətində gedib: "Yenidən onun saçından tutdum və təxminən 4-5 bıçaq zərbəsi də vurdum. Zərbələr Nəsibənin sinə, boğaz və arxa kürək nahiyəsinə dəydi. Hadisə təxminən danışıqlarımızla birlikdə 5-10 dəqiqə çəkdi.
Məqsədim xəyanət etdiyi üçün onu öldürmək olub. Nəsibəyə bıçaq zərbəsi endirdikdən sonra ona köməklik göstərməmişəm, 2 saylı polis şöbəsinə gələrək təslim olmuşam".
"Pul gətirməsini tələb edib"
Cinayət işi üzrə zərərçəkmiş şəxsin huquqi varisi qismində ifadə verən atası Vəlinin sözlərinə görə, 2016-cı ildə mərhum qızı Əfqanla ailə həyatı qurub: "Ailə həyatı qurduqdan sonra iki övladları dünyaya gəldi.
Əfqanla münasibətlərimiz əvvəllər yaxşı idi. Təxminən son bir il ərzində onun müxtəlif insanlara borcları yarandı. Bu səbəbdən qızıma qarşı çox pis davranırdı. Qızımı dəfələrlə evdən qovur, ondan pul gətirməyi tələb edirdi".
"Özünə xəsarət yetirdi"
Hüquqi varis deyib ki, iyunun 7-də qızı anasına zəng edib, Əfqanın borcları olduğunu, buna görə evdə olan soyuducunu və paltaryuyanı satmaq istədiyini, bu səbəbdən narazılıq etdiyini, Əfqanın onu evdən qovduğunu deyib:
"Qızımın zəngindən sonra həyat yoldaşımla dərhal həmin evə getdik. Evin ətrafında qonşular toplaşmışdı. Arvadım Əfqanı çağıraraq ondan nə üçün belə etdiyini soruşdu. Əfqan əsəbləşərək evdən bıçaq gətirdi və öz qoluna xəsarət yetirdi.Qızım və arvadım 102-yə zəng edərək şikayət elədilər. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində araşdırma aparıldı".
"Həqiqətə uyğun deyil"
Hüquqi varis qeyd edib ki, qızı uşaqları ilə birlikdə onun evinə yığışıb: "Qızım qardaşı ilə birlikdə polis idarəsinə getdi. Mən də həmin vaxt işimlə əlaqədar şəhərə çıxdım. Saat 3-4 radələrində qızım zəng edərək məhkəməyə gedəcəyini bildirdi. Ona qardaşı ilə birlikdə getməyi məsləhət gördüm. Bir qədər sonra oğlum mənə zəng vurdu. Əfqanın Nəsibəni bıçaqladığını dedi.
Dərhal xəstəxanaya getdim. Oğlum və arvadım da xəstəxanada idilər. Bizə Nəsibənin vəfat etdiyini bildirdilər.
Nəsibənin Əfqana xəyanət etməsi həqiqətə uyğun deyil. Əfqan Nəsibənin ondan boşanmaq istəməməsi səbəbindən onu öldürüb".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 16 il müddətinə azadlıqdan məhrum edilib. teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar