Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Stalinin manqurtlaşdırma siyasətinin davamçıları

Tarix: 05-11-2019 10:26     Baxış: 3373 A- / A+
Stalinin manqurtlaşdırma siyasətinin davamçıları


Bu gün çoxları bilmir, 100 il əvvəl Orta Asiyanın adı Türküstan olub. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstanın bir hissəsi, Çindəki Sincan-Uyğur bölgəsi, Sibirdəki böyük ərazi Türküstan adlanıb.

Sonra sovet Rusiyası bu yerləri yenidən işğal edib (Əfqanıstan və Çindəki bölgələr istisna olmaqla), “milli mənzillər”ə bölüb, hərəsinə bir ad qoyub və yavaş-yavaş “Türküstan” terminini sıradan çıxarıb. İndi “Türküstan” istilahını yalnız milliyyətçi dairələr, Turan ideyasını yaşadanlar işlədir.

Bəs Rusiya bunu niyə edib? Çox bəsit. Bu, “parçala, hökmranlıq et” siyasətinin tərkib hissəsi olub və tədricən, məqsədyönlü şəkildə həyata keçirilib.
Eyni siyasət bizə də tətbiq olunub. Yüz il əvvəl xalqımızın adı mətbuatda da, sənədlərdə də “türk” olub. Bu ölkədə talış, ləzgi, avar, erməni, kürd və başqa xalqlar yaşadığı kimi, etnik çoxluq olaraq türklər də yaşayıb və öz adlarını daşıyıblar.

Ancaq Kremlin başbilənləri Azərbaycan türklərini həm Orta Asiyadakı Türküstandan, həm də Anadolu türklərindən qoparmaq, ayırmaq, özgələşdirib uzaqlaşdırmaq üçün yeni bir millət adı uydurublar. Bütün SSRİ-də yaşayanların hamısını süni və gülünc “sovet xalqı” adlandırdıqları kimi, Azərbaycanda yaşayanların hamısını da “azərbaycanlı” adlandırıblar, coğrafi termindən millət adı düzəldiblər.

Bu zaman bir saxtakarlığa da yol verilib, etnik azlıqların şəxsiyyəti təsdiq edən sənədlərində milli kimliyi (ləzgi, kürd, talış, avar, erməni və s.) qeyd olunsa da, Azərbaycan türklərinə münasibətdə bu “imtiyaz”a rüsxət verilməyib. Onlar sənədlərdə eləcə “azərbaycanlı” kimi qeyd olunublar. Beləcə, “türk” olmaq və adlanmaq ixtiyarı yalnız Anadolu türklərində qalıb, yerdə qalanlar, özbək, qazax, qırğız, tatar, “azərbaycanlı” olub.

Bu məsələlər gün kimi aydındır və bunun necə, nə vaxt, nə məqsədlə edildiyi dəqiqliyi ilə məlumdur.

Təəssüf ki, bir çoxları cahillikdən, bir qism isə bilərəkdən millətimizin adı məsələsində “Stalinin direktivi”nə əməl edir, zorla, qəsdən həmin manqurtlaşdırma, öz kökündən qoparma siyasətinin davamlı olmasına çalışırlar.

Bu, çoxdan bəllidir ki, ölkəmizdə ayrı-ayrı dövlətlərə rəğbət bəsləyən, hətta televizorlarının peyk antenini həmin dövlətlərdən yayılan siqnalları tutmaq üçün münasib şəkildə quraşdıranlar var. Onların heç də hamısı mütəşəkkil şəkildə “5-ci kolon”a aid deyillər, amma həmin dövlətlərin “adamları”na çevrilə biləcək kontingentə məxsusdurlar.

Belə adamlar vaxtaşırı fəallaşırlar. Onların çoxunun məramı, məqsədi odur ki, azarkeşlik etdikləri dövlətin ölkəmizdəki təsir dairəsi genişlənsin, həlledici olsun və bu şəxslərin “xidmət və rəğbət”i unudulmasın.

Ona görə də onların əsas hədəfinin Türkiyə olması anlaşılandır. Türkiyə ilə Azərbaycanın arasında qardaşlıq bağı, etnik eynilik olduğundan, həm də dövlətin yeritdiyi dostluq-qardaşlıq siyasətinə görə onlar anlayırlar ki, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki nüfuzu qarşısı alınmazdır. Buna müqavimət göstərənlər müntəzəm olaraq, “biz başqa millətik, adımız da başqadır” tezisindən yararlanır, təbliğat aparırlar.

Ancaq bunlar zəif müqavimətlərdir, ildən-ilə də zəifləyəcək.

Əsas odur ki, millətin adı və etnik bağları ilə əlaqədar mücərrəd anlayış və bilgilər yavaş-yavaş mübahisə predmeti olmaqdan çıxır. 30 il əvvəl bu daha şiddətli idi, hətta çoxluq türk milli kimliyinə qarşıydı, hesab edirdi ki, bu xalqın adı ta Nizamilərin, Xaqanilərin vaxtından “azərbaycanlı” olub. Çünki təbliğat bu yöndə getmişdi.

İndi vəziyyət dəyişib, total təbliğatlar dövrü arxada qalıb, asanlıqla araşdırma apararaq həqiqətləri üzə çıxarmaq olur.

Ona görə də vaxtaşırı səslənən “biz türk deyilik” kimi fikirləri ciddiyə almamaq, ürəyə salmamaq gərəkdir.

Qısaca demək lazımdır ki, türk deyilksə, niyə türkcə danışırıq. Bunu yadelli istilasının nəticəsi kimi qələmə verməyə çalışanlar olsa, onların da cavabı var: Bəs necə oldu ki, bu ölkədə yaşayan etnik azlıqlar öz dillərini dəyişmədi, qoruyub saxladılar, amma etnik çoxluq dəyişdi, qorumadı?

Gün gələcək, bu mövzuda mübahisəyə girişən bir adam da tapılmayacaq.

Xalid KAZIMLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar