Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Aydan AY: "Atam adamı sevincindən, sevgisindən vururdu..."

Tarix: 15-10-2019 18:25     Baxış: 2548 A- / A+
Aydan AY: "Atam adamı sevincindən, sevgisindən vururdu..."

Ata, bax, ovuclarımda günəş var toxun- deyəcəkdim.
Ata, bax, ovuclarımda yol var, sənə sarıdı.


Manevr.az gənc şair Aydan Ayın "ürək çırpıntlarını" təqdim edir:

***

Mən ağrımı ötə bilmədim heç...
Elə yanımda yeridi ağrım həmişə.
Heç ötmək ağlıma da gəlmədi,
heç ötmək arzusunda da olmadım.
Elə bilirdim
elə belə də olmalıdı.

***

Günlərin birində...Yox, yox,daha doğrusu "İlahi, nə olar axı o qərib göylərindən bu qərib evimizə bir zərrə işıq sızsın..." deyə inamla yalvardığım günlərin birində atam yenə üzündə çox aydın görünən qaranlıqla işdən evə gəlmişdi. Yəni, üzündəki qaranlıqla yenə inancımı puç etmişdi.

Həəə...
O Gözəgörünməzdən ki, gizli deyil, sizdən nə gizləyim...
Uşaqlığım atamın əllərindən sığal ummaqla keçdi getdi.
Elə bilirdim saçlarma sığal çəksə, hər şey keçib gedəcək. Əslində sığal istəyən saçlarım deyildi, tale idi...
Onun bu düzənsiz, alatoran həyatının sığala ehtiyacı vardı.
Anam onun həyatından sığalı əskik etməyən yeganə qadın idi. Amma nə fayda? Onu nə ütülü köynəyi, nə masada bir içim suyu, nə bir tikə çörəyi, nə qurulu evi... Heç nə, heç nə məmnun etmirdi. Elə hey tələsirdi... Hər şeyi, hamını uzağa, soyuğa, öz yoxluğuna itələməyə tələsirdi. Gözümüzdə ilıq bir sevinclə onu qapıda qarşılasaq da, çox çəkmirdi, gözlərimiz yağışa düşürdü...

Hə...
Bunları yazmaq mənim üçün nə qədər ağır olsa da, yazacağam.
Atam adamı sevincindən, sevgisindən, təbəssümündən vururdu.
Qoymurdu onu doyunca sevəsən, ona doyunca güləsən. Qoymurdu əlindən tutub onu müdrikliyə çəkəsən.
Qoysaydı, mən çəkəcəkdim.
Ata, bax, ovuclarımda günəş var toxun- deyəcəkdim.
Ata, bax, ovuclarımda yol var, sənə sarıdı.
Gəl, birgə doğulaq...
Gəl, birgə durulaq...
Su olaq ata, su olaq!- deyəcəkdim...
Uşaqlığımı lal böyütdü... Deyəmmədim...

Aydan Ay
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar