Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qatar-qatar arzuların köçündən, əl eyləyər uzaqlara öpüşün" - Nigar ARİF

Tarix: 13-01-2019 21:05     Baxış: 2968 A- / A+
Neyləsə də goy üzünə çatammır,
Küçələrin ağac barmaqları da,


"Qatar-qatar arzuların köçündən, əl eyləyər uzaqlara öpüşün" - Nigar ARİF


Manevr.az istedadlı gənc şair Nigar Arifin şeirlərini təqdim edir:

***
Addım-addım gedənlərin dalınca,
Addım-addım ovudarsan şəhəri.

***

Küçələr

Çox da gəzib ayağına dolaşma,
Elə bilmə yiyəsizdi küçələr,
Mənim balam, gündüzlərə inanma,
Gündüzlərin kölgəsidir gecələr.

Nə biləsən ürəyində nələr var,
Asfaltının dodaqları çatlayıb.
Qulağında binaların səs-küyü,
Axşamını sabahına qatlayıb.

Yanağında çopur kimi evləri,
Dizlərində dükanlar xoruldayır.
Sinəsində bukülən dilənçinin,
Gözlərində arzular miyoldayır.

Neyləsə də goy üzünə çatammır,
Küçələrin ağac barmaqları da.
Ömürboyu yağışlarla yuyunur,
Kirli qalır yağış dırnaqlarında.

Küçələr də adam kimi qocalır,
Küçələr də küçələrə oxşamır.
Yaşamaqdan gileylənib küsürük,
Küçələr də adam kimi yaşamır.

Yol

Görən hansı dərzi yolumu biçib?
Ya yol təsadüfdü, ya mən naşıyam.
Bəlkə də bu yolda sonuncu adam,
Bəlkə də bu yolun məzar daşıyam.

Baxır arzularım pəncərəsindən,
Öz yolum dolaşır öz ayağıma.
Bilmirəm o yandan necə görünür,
Qismətim əl çalır yıxılmağıma.

Bəlkə mən deyiləm bu gedən də heç,
Axsayan yolumdu, yolum sürünür.
Gah dönüb torpağa, gah dönüb daşa,
Gah düşüb arxamca mənə bürünür.

Haradan düşübki bəxtimə bu yol?
Bəlkə ciblərimdən sürüşüb elə.
Üzünü-gözünü tapdalamışam,
İndi də üzümə qayıdır belə.

İçimdəki daş

Yenə özüm boyda işin içində,
Özümdən də böyük baş gəzdirirəm.
Bilmirəm üstümdən neçə yük keçir,
Torpağam, içimdə daş gəzdirirəm.

Bu daşı nə zaman udmuşam, Allah?
Bu daşı içimə kim salıb görən?
Daş kimi soyuğam, daş kimi lalam,
Bəs kimdir içimdə bu daşa hürən?

Canımda qorxular ulayır yoxsa-
Ağlıma gəlməyən yuxuma gəlir.
Bu itlər boğuşub dırnaqlar ilə-
Deyəsən yuxumun gözünü dəlir.

Quruyub gövdəsi dodağınacan,
Yuxular ömrümün harasındadı?
Başının yarpağı tökülüb təmiz,
Ömrüm də işimin yarısındadı.

Məni bu ömürdən çıxaran olmaz,
Çiynimin yükündən ağırdı daşım.
Birazca şeirəm, biraz da şair,
Gərək özüm boyda işə qarışım.

Addım-addım…

Yarpaq-yarpaq tökülərsən içindən,
Şehli qalar dodağında gülüşün.
Qatar-qatar arzuların köçündən,
Əl eyləyər uzaqlara öpüşün.

Bir od düşər ürəyinə beləcə,
Qayğıların cüt asılar yaxandan.
Yıxılarsan fikirlərin üstünə,
Ürpənərsən gözündəki baxandan.

Neçə küçə baxışına qısılar,
Unudarsan özün boyda kədəri.
Addım-addım gedənlərin dalınca,
Addım-addım ovudarsan şəhəri.

Bir də görərsenki yaşa dolmusan,
Bir də görərsənki yaşamamısan.
Heyif ki, bir dəfə gələcək üçün,
Heyif ki, keçmişi boşamamısan.

Əlindeki əsa döyər ağrını,
Ayaqların daşımaz o yükünü.
Düşüncələr ağarar saçlarında,
Kəsə bilməz dərdlərinin kökünü.

Bütün ömrün öz-özünə yad gələr,
Gözün çəkən yollar geri qayıtmaz.
Asta-asta əcəl döyər qapını,
Yuxu deyib heç kim səni oyatmaz

Nigar Arif

"Qatar-qatar arzuların köçündən, əl eyləyər uzaqlara öpüşün" - Nigar ARİF

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar