Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mənə "xoruz" tanıdana bax, haa!?

Tarix: 05-07-2018 10:04     Baxış: 21 658 A- / A+
Mənə "xoruz" tanıdana bax, haa!?


Əfqan rayondan axşam qayıtmışdı. Hər dəfə gələndə də mənə zəng vurub, hal-əhval tuturdu. Sonra da kənddən başlayıb, şəhərdən çıxırdı... Bu səhər qısa danışdı.

-Sənə də, satışa da kənd xoruzlarından gətirmişəm, keçəndə gəl, götür.-dedi və susdu. Düzü salam-kəlamsız danışmasından duruxdum. Dedim, yəqin, kənddə nəsə olub. Amma sonuncu söhbətimizi xatırlayınca məni gülmək tutdu. Güldüyümün fərqinə varınca: -Nə var, nəyə gülürsən? Gəlib, görüb, inanarsan!-deyə əlavə elədi. Belə başa düşdüm ki, məndən incik yeri var. Odur ki, "yaxşı"- deyib telefonu bağladım.

İşdən günorta yeməyinə dönəndə onun dükanına gəldim. İlk diqqətimi çəkən də malların fərqli düzümü oldu. Ən əsas pəncərələrdən birinin önünə qırmızı kənd xoruzunun şəkilini vurub, qarşısına da bir neçə təzə kəsilmiş xoruz düzmüşdü. O biri pəncərənin önünə isə toyuq şəkili asıb, altına da təzə kəsilmiş toyuq və kənd yumurtası yığmışdı. Sakitcə əlimi qoynuma büküb, kənd mənzərəsində hökümdar olan xoruzun əvvəlki duruşuna, təzə kəsilmiş qurluşuna baxa-baxa dünyamızın bu gününə ağlayırdım. Elə o günki söhbətimizdə qadınları müdafiə edən dostumuza da bütün mallarını "toyuq" adıyla satdığına görə iradımı bildirmişdim. "Ən azından xoruzlara hörmətsizlik elə biz kişilərə olan hörmətsizlikdir!- deyə onu bu sahədə əlində nəsə edəcək imkanı ola-ola hərəkətsizlikdə, arvaddan qorxmaqda qınamışdım. Təbii ki, bu zarafat olsa da o ciddiyə almışdı. Təbiətən dünyamızın kələklərindən uzaq, saf adam idi. Xatirimi əziz tutub, dediyimə inandığı üçün onunla mümkün qədər ciddi məsələlərdə zarafat etməzdim. Nə isə... Bu dəfə çox dərinə getmişdik... Şüşədən gəldiyimi görüb, məni salamlamaq üçün çölə çıxdı. Amma görüşmək imkanımız olmadı. Araya müştərilər girdi. Əvvəl bir yaşlı qadın, sonra da iki orta yaşlı xanım yanaşdı. Xanımlardan biri heç ondan əvvəl gələn ağbirçəyi gözləmədən:

-Bu toyuğu neçəyə deyirsən?- deyə xoruz şəkili olan tərəfi göstərdi. Düzünü deyim ki, xoruzlar yağlı və çəkisi çox olduğu üçün diqqət çəkirdi. Əfqan əvvəl mənə, sonra da xanımlara baxıb çiddiləşdi:

-Birincisi, sizdən əvvəl gələn adam var, icazə ver onu yola salım. İkincisi də toyuq bu tərəfdədi, tərs gələn yumurtası da yanında...-deyə toyuğun şəkilini, altında olan malları göstərdi. Ağbirçək qadın özündən yarı yaş cavan görünən bu xanımın ədasını süzərək:

-Ay oğul, onu yola sal, yəqin tələsir. Mənim tələsəsi yerim yoxdu daha... -deyə gülümsədi. Qadın da onun nə dediyinin fərqində olsa da, eşitməməzliyə vurub, inad edirmiş kimi yenə xoruz şəkili olan tərəfi göstərdi:

-Mənə bu toyuqdan çək.

-Xanım, o toyuq deyil, xoruzdu. Yəni erkəkdi. -deyə daha da ciddiləşdi Əfqan.

-Bəlkə sən az danışıb, malını çəkib, mənə dərs keçməyəsən?-deyə onu mənalı-mənalı süzdü. Əfqan məcbur qalıb onun göstərdiyi zavallı "toyuğu" tərəziyə qoyub, müştəri üçün hazırladı və qiymətini dedi. Çoxbilmiş qadın da öz qələbəsini bayram edirmiş kimi əda ilə çantasından pul çıxarıb, ona uzatdı. Satıcının zavallı durumundan məmnun idi. Mənim təbəssümümlə qarşılaşınca:

-Elə bilir mən erkək görməmişəm. Mənə "xoruz" tanıdana bax, haa!?-deyə qımışdı.

Akəm Xaqan


Manevr.az

Xəbəri paylaş







Müəllif: Akəm Xaqan
Tarix: 26 sentyabr 2018 21:56
Vallah bu məsələyə aydınlıq gəlməyincə mənim dincliyim olmayacaq.)))
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar