Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Atamın məğlubiyyəti MƏNİ KİŞİ ELƏDİ: 28 YAŞIN AĞRISI... (...və ya ...)

Tarix: 28-10-2017 17:13     Baxış: 2571 A- / A+
Atamın məğlubiyyəti MƏNİ KİŞİ ELƏDİ: 28 YAŞIN AĞRISI...
Heç kim öz doğulduğu günü xatırlamasa da, hər bəni-Adəmin huşunun göz açdığı, yaddaşının ayaq tutub yeriməyə başladığı bir gün var. Hər insanda dəyişən bu gün ya ya dörd, ya üç, ya da iki yaş yarımından başlayır. Söhbət ömrünüzün iyirminci, otuzuncu, qırxıncı, yetmişinci sinnisindən baxanda uşaqlığınızdan yaddaşınızda qalan sonuncu rəngli divara huşunuzun əl vura biləcəyi nöqtədən gedir. Məncə doğulduğumuz gün də elə həmin gündür.
Bu gün oktyabr ayının 28-i iyirmi səkkizimin qaşının alındığı gündür. Qabaqdan qaş-qabağı düyünlü 29 gəlir. Qucağıma qardaş ağuşu istəyən donu yırtılmış zorlanmış qız libaslı 29 gəlir. Geridə qoyduqlarım da bir yandan arxaya boylanmağa utandırır məni.
Yaddaşımın iməklədiyi günləri dumanlı xatırlayıram. Uşaqlığımdan xatırladığım ilk hadisə ilə sarsılmışam mən; 1992 – ci ilin 27 dekabrı idi. Bacım ölmüşdü. Anamın qucağında gözləri açıq bacımı silkələyib “Türkan, ay Türkan” –deyib səssiz-səssiz hıçqırdığını xatırlayıram. Üç yaşım vardı. Bircə uşaq instiki ilə onu düşündüm ki, bacı ilə daha qarğı atımızı minib küçədə çapmayacağıq. Atam qucağına alıb bacımı basdırmağa aparanda mən evdə yox idim. Əmim qızı əlimdən tutub evlərinə gətirmişdi. Üstündən iki-üç saat keçməmiş darıxdım bacım üçün. Anamın başı böyük əmimin yoldaşının-ağbajımın dizində idi. Heç kim mənə əhəmiyyət vermədi. Bacımın qoyun xalxalının qabağındakı “ağzı kəndirli” qarğı atını götürüb əmimgilə qayıtdım. Üç gün təkcə çapırdım əmimgilin həyətində. İndi anlayıram ki, bacıma eləcə yas saxlayırmışam, mən qara gün. Sonrakı günlər yadıma gəlmir, Allah baba.
Uşaq vaxtı qonum-qonşuların, xüsusən də Əsli arvadın 250 manat verib məni “Astra” siqareti almağa göndərdikləri düşür yadıma. Döşəkçəli kötüklərin üstündə oturan qaynanalı gəlinlərin lobya, badımcan doğramaqlarını xatırlayıram. Mən də yanlarında uşaq saxlayırdım.
Bir də birinci sinifə getdiyim gün yadıma gəlir. Elə ilk gün sarışın ulduz kimi parıldayan bir qıza vuruldum. O qədər utancaq idim ki, sevdiyimi deyə bilmədim. Heç indi də deyə bilmərəm... Əsgərlikdən gəlməyimə 29 gün qalmış toyu oldu. Ona xoşbəxtlik arzulamışam həmişə, bircə toyunda oxuduğuna görə, Bahar Lətifqızını lənətləyirəm. Sevdiyim mahnıları oxuduğuna görə...
Sonra universitet həyatı. Baxışları ilə ərizə yazan qızların cavabını geri çevirə bilmədiyim qızlar oldu. Yeddimi, səkkizmi bilmirəm. Tanımaq üçün sevgili oldular, məni kəşf etdikdən sonra atdılar. Bilirsiniz nə qədər qız dolayıb məni? Mən kirli adamam, sevgili Allah baba. Vəhşiyə dönsəm də saflığımı qorudum Allah baba. Hikkəmdən bərabərlik qolunu vurmaq istədim, anam gözümün önündə durdu. Olmaz, südüm sənə hala olmaz-dedi. Ağladım yenə də hikkəmdən. Səndən üz döndərdim Allah baba. Əslində həmin qızları səndən əvvəl özümə tanrı eləmişdim. O tanrılardan kimisi fahişə çıxdı, kimisi kitab düşkünü olub evdə qalır hələ də. Kimisi də “kobud kənd uşağı” qoydu adımı. Amma bir həqiqət var, özləri açmışdılar qəlblərini. Tanrı qağaya ismarış da göndərdim, olmadı, Allah baba.
İndiyə kimi bircə dəfə qız ağlatmışam, Allah. Şəkidən idi. Sonradan evlənək deyə yalvardım da, borclu qalmamaq üçün. Bir dəfə ağlatdığım üçün ömrümə şərik çıxmağına razı olmuşdum. O, isə daha uzaqgörən oynadı oyununu. Ömürlük intiqam üçün göynətmək qərarını seçdi. İçkidə-içkiyə “taym-aut” götürürəm, ismi-pünhan. Allah baba, çatdırarsan o qıza, ağlamasın, çox pis ağlayır. O cür ağlamağa davam eləsə, gələcək ərinin də ürəyini göy əskiyə bükəcək.
Tovuzda işlədiyim vaxtlar sarışın və yaşılgöz bir qıza aşiq oldum. Çarpılma deyildi. Vurulma idi, dərdiş. Ayağı ağır sürüşürmüş, həm də oğurluğu varmış. Üstü açılanda televiziyanın hasarlarında adı manşet olmuşdu... Üç il özümə gəlməmişdim.
Bir qıza isə öz kitab təqdimatımda aşiq olmuşdum. Kişmişi gülüşünə çarpılmışdım. Rəfiqəi ilə gəlmişdi. Tələbə idilər, kitab almağa pulları yox idi. Kitabımı hədiyyə etdim. Beləcə münasibət başladı. Bir ay sonra sevirəm səni-dedi. Sonra o da məni “kəşf edib” mədəni sürətdə bezdiyini açıqladı, Allah baba. Hər gələn qızın “Həyati” rəqsləri bezdirdi məni. Beləcə dadaist şeirlər yazmağa başladım. Heç kim anlamadı. Onsuz da dadaizm anlaşılmır ki...
28 yaş... Emrah Serbesin məhkəməsi olacaq. Adam adam vurub düşdü içəri. Ən sevdiyim yazıçılardandır. Özbəkcəyə şeirlərim çevrildi, antalogiyası da çıxıb. Öz şeirlərimin özbək türkcəsinə çevrilməsi haqda düşünürəm. Mən düşünərkən artıq tərcümələri başlayıb. ÜÇ kitabım çıxıb. Dördüncü kitabım siyasətçilərin müsahibələridir. Cürətli nəşriyyat tapsam çap etdirəcəyəm.
28 yaş... Facebookda siyasi statuslarıma – baxışlarıma görə, dodaq-dodağa öpüşdüyüm dostlar məni “qırdı”. Mən də el üzəki salam-əleyk edib keçirəm. Daha bağışlaya bilmirəm ay Göydəki! Bacarmıram.
28 yaş... 2015 – ci il parlament seçkilərinə namizədliyimi verdim. Ta heşzad, sadəcə verdim. Mənə də çox şey verirdilər, götürmədim.
28 yaş... Atamın məğlubiyyətli məni kişi elədi, atam. Görüb-götürməyə “beşəm”, Allaha şükür.
28 yaş... Hələ də bakirəm. Sözün altıbucaqlı mənasında... Mason deyiləm, yanlış anlamayın.
Hə, bildinizmi indi məni yazmağa nələr vadar etdi.

28 oktyabr (əkin) 2017.
Bakı
Tural TURAN


P.S. Əziz oxucular, vurğulayaq ki, bu gün ( 28 oktyabr ) AYB-nin üzvü, gənc yazar Tural TURANın doğum günüdü. Manevr.az olaraq gənc şairi təbrik edir və xoş günlər diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar