Xəbər lenti
Köhnə şəhidlərimə yeni elegiya
Şəhidlər ölməz, Vətən bölünməz!
32 illik ayrılıqdan sonra daha 3 şəhidimiz Kəlbəcər torpağında ana torpağa tapşırıldı
Vətənə layiqli vətəndaş olmaq üçün əsas şərt o deyil ki, orada yaşayasan, onun havasını udub, təşnələnmiş sinəni suyu ilə soyudasan, yağışında, tufanında, boranında donasan, dağlarının gədiklərində, qayalar başında heykələ dönəsən. Bunlar onsuz da hər kəsə həmişə nəsib olmayan (amma bir zamanlar yaşanmış) bəxtəvərlikdir. Çünki Vətənin hər daş-qayasını, çöl-çəmənini od baxışlarınla oxşayırsan. Deməli, Vətən daşının, qayasının mamırı olmaq qürbət həsrətini yaşamamaq deməkdir. Sevimli şairimiz Məmməd Araz məhz bu baxımdan Azərbaycan təbiətinin hər qarışını, gülünü-çiçəyini, çölünü-çəmənini misralarında çələngə çevirmişdir. Məmməd Aslan isə özünü «təbiətin süd qardaşı» saymışdır…
***
...Bu günlərdə, daha doğrusu, 4 iyul 2025-ci il tarixdə rəsmi xəbərlərdə belə bir məlumat yayıldı:: “Kəlbəcərdə üç itkin şəhid dəfn edilib. Xəbərə bir daha nəzər salaq. Xəbərdə deyilir ki, Qalıqları Kəlbəcər rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevlə Kəlbəcərdə keçirilən vida mərasimi başa çatıb. Y.Əzizov, M.Musayev və Q.Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə Kəlbəcər rayonunun Xallanlı, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.
Hər üç kəlbəcərli 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.
Bu rəsmi xəbəri eşidənlərin kədərini də anlamaq olar, sevincini də. Məgər şəhid xəbərinə sevinmək olar? Bu, məntiqlə doğru deyil. Lakin 32 il ərzində doğmasının uzaq yollarını intizarla gözləyənlərin bugünkü sevinci kədərindən daha çoxdur, məncə. Axı, elə itkin ata-anası, qardaş-bacıları var ki, gözlədiklərindən “öldü-qaldı” xəbəri almaq üçün qurban da deyiblər.
1992-ci ilin qanlı fevral ayının 25-dən 26-sına keçən gecə fəryadı asimana ucalan xocalılıların haraylarını qələmə alan bir jurnalist kimi deyirəm, elə ata-analarla həmsöhbət oldum ki, doğmasının nəşinin belə tapılmasına qurban kəsəcəklərini niyyət etmişdilər. Doğrudur, inanmıram ki, bu günə həmin ata-analar qala bilsin. Yurd və övlad itkisi onları da əlimizdən alıb apardı. Bugünə qalanlar isə həmin itkinlərin qardaş-bacıları, gizlicə sevdikləri və balalarıdır...
DAĞLARIN MEHMANI
Qısa tanılşlıq:
Musayev Mehman Camal oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuşdur. S.Ağamalıoğlu adına Gəncə Kənd Təsərrüfatı İnstitutunu qurtarıb, Kəlbəcər rayon baytarlıq müalicəxanasında baytar həkimi işləyirdi.
1992-ci ilin iyun ayında könüllü olaraq Kəlbəcər batalyonuna yazılmışdı. 1993-cü il mart ayının axırlarında düşmən üç tərəfdən hücuma keçəndə Mehman kəndlərinin müdafiəsində idi. Mart ayının 27-də Çıraqlı və Taxtabaşı kəndləri uğrunda gedən döyüşlərdə həlak olan Mehmanın nəşini çıxarmaq mümkün olmadı. (Xatırladım ki, bu günlərdə nəşi tapılan 3 şəhidimizdən 2-si haqqında 1995-ci ildə çapdan buraxılan “Yurd göynərtisi” kitabımda qısa da olsa, yazmışdım. İndi həmin yazıları da bura əlavə edirəm-M.N.)
***
...Erməni quldurlarının torpaqlarımıza aramsız hücumları Mehmanı silaha sarılmağa vadar etdi. «Əli silah tutan bu gün özünü düşünməməlidir», - dedi. Doğma kəndlərinin müdafiəsinə də elə bu amalla qalxmışdı. Dəstə komandiri idi.
…O gün düşmən Kəlbəcərə üç istiqamətdən hücuma keçmişdi. Ağdaban ikinci dəfə işğal olunduğundan, Ağdərə-Kəlbəcər yolu Bağlıpəyədən bağlanmış, «Qaraqaya»dan rayon mərkəzinə qrad mərmiləri yağdırılırdı. Laçın istiqamətindən hücumlar genişlənirdi. Mehmangilin dəstəsi Alaqaya, Çıraqlı və Taxtabaşı kəndlərinin müdafiəsində idi. Vəziyyət getdikcə ağırlaşırdı. Mehman hiss etdi ki, düşmən artıq Kəlbəcərin işğalına çalışır. Uşaqlara «tez olun, kəndin qoca-qarısını çıxarın», - dedi. Özü isə düşmənin qarşısını almaq üçün səngərə atıldı. Döyüşlər şiddətlənir, qüvvələrin qeyri-bərabər olması imkanları məhdudlaşdırırdı. Bir neçə saat düşmən qarşısında təkbaşına döyüşən Mehmanı susdura bilmirdilər. Yaralansa da, düşmənin əlinə keçməmək üçün qarlı aşırımı birtəhər aşdı. Mal-qaranın səsi, kənd itlərinin ulaşması Mehmanın olub-qalan inamını qırdı. Bir anlığa özünü tənha hiss etdi…
Kənd tamamilə boşalmışdı. Mehman uzaqdan baxıb bu ağlar mənzərəni görcək üzüqoylu düşdü. Onda kənd camaatı bilmirdi ki, Mehman yaralı-yaralı kəndin yaxınlığınadək sürünüb.
Anası Maya xala hələ də inanmır ki, nişanlı balası şəhid olub. Hər gün onun yolunu gözləyir. Gözləyir ki, Mehman gəlib «tez olun, yığışın gedək, dağların lala vaxtıdı»,- deyəcək və ayrılıq intizarından onları qurtaracaq. Yuxularına girən Mehman ananı hər gecə dağlara aparır. Balasını dağlarda itirən ana gözlərini açıb Mehmanı görmədikdə dördgöz olur.
Axtarma, Maya xala, Mehmanın dağların mehmanı olub. Qayıdanda
Mehmanın dağlardan soruş. De ki:
Əzizim başa dağlar,
Gedibsiz huşa, dağlar.
Sizdə bala itirdim,
Dönəsiz daşa, dağlar…
Amma Maya xala dağlara qayıda bilmədi Mehmansız. Amma dağlar öz Mehmanına sədaqətli çıxdı. Balasının cansız bədəninin qara qoynunda giizlətdi. Yağı onsuz da Maya xalaya da dağ çəkmişdi…
Hacı Şəmsəddin qardaşışımız deyir: “… Bu, bir həyat heykayəsi 32-33 ilə dayanan, sevginin müqəddəs simvolu, sevənlərə örnək olacaq Sevda bacı!
32 il bundan qabaq Mehman Kəlbəcərin Xallanlı kəndində Sevda xanımla nişanlanır. Sonuncu dəfə nişanlısı ilə Agdamda görüşürlər. Döyüşə gedən Mehman Musayev şəhid olur, 32 il nəşi tapılmır.
32 il - bu günə qədər Sevda bacı şəhidinin yolun gözləyir, ailə qurmur. Özgəsinə göz götürüb baxmır da. Necə baxaydı ki? Məgər əhd-peymana sadiq qalacaqlarına and içməmişdilərmi?
“Gələcək!”-Deyir. Və Mehmanı gəldi. Azərbaycan Bayragına sarılmış tabutda…
Kəlbəcərdə bu gün ömür sevdalısının göz yaşları ilə dəfn olundu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Sənin o göz yaşlarına biz qardaşların qurban, Sevda bacı! Artıq anacaq, aglayacaq, dərdini bölüşəcək bir yerin var - Mehmanın müqəddəs məzarı…”
DƏLİDAĞIN SİNƏSİNƏ ÇƏKİLƏN DAHA BİR DAĞ…
Ömrünü kitablarla keçirən kitabxanaçı Yusif Əzizov da
sinəsini düşmən gülləsinə sipər etməklə, 32 il gözləri yollarda qoydu
İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şeir yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
KƏLBƏCƏR - sərvət yatağı
Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
Kəlbəcər təkcə aşıq-şairlərin məskəni, təbiətin minbir sərvətinin yatağı olmayıb. Həm də insanları sərvət idi bu ulu diyarın!
Qulaq asın, sizə bir hekayət danışım.
Hələ 1996-cı il aprel ayının 1-də bir qrup kəlbəcərli ziyalılarla görüşündə Ulu Öndər bildirdi ki, Kəlbəcərin nəinki təbiəti, insanları da sərvətdir. Bu, elə-belə, ötəri yerə nitqinə gəlməmişdi Ümummilli Lider Heydər Əliyevin. Doğrudan da Kəlbəcər torpağında boy atanlar vətənpərvərlikləri ilə də tarix boyu seçiliblər. Bu yerlərin igid, cəsur oğulları, düşmənə sipər qəhrəmanları da az olmayıb. Məhz buna görə zaman-zaman Kəlbəcərə diş qıcayan ermənilər bu dərəyə - dağların qoynuna girə bilməmişdi, ta satqınların el-obalarımızı perik saldıqları o günlərə kimi...
Bəli, belə sərvətlərimiz yalnız təbiətin bizə verdiyi nemətlər deyil, həm də varlıqları ilə dogma ata-baba yurduna bağlı olan kəlbəcərlilərdir.
Kəlbəcərin işğalından ötən illər ərzində neçə-neçə kəlbəcərli yarımənzil tərk elədi bu vəfasız dünyanı. Qaçqınlıq-köçkünlük də bir dağ oldu, yurdu talan olanlara.
Bu bəlalara da dözmək olardı. Dözə bilmədiyimiz ağrılarımız, sağalmayan yaralarımız daha dərində idi. Yurdunu tərk etməyib, orada qalan əlsiz-ayaqsızlardan və o dağlar diyarıının müdafiəsində dayanan, lakin “arxalı köpək” kimi havadarlarının silah-sursatı, canlı qüvvəsi, hərbi texnikası ilə üstümüzə gələn ermənilər onları göz açmağa qoymadı. Təklənən, kimsəsizləşən neçə Yusif kimi oğullarımızı, ata və qardaşlarımızı da itirdik o ağır günlərdə.
32 ildən sonra Kəlbəcər ərazisində nəşinin qalıqları tapılan 3 şəhidimizdən biri də hələ 1995-ci ildə “Azərbaycan “ nəşriyyatında çapdan buraxılan “Yurd göynərtisi” kitabımda haqqında beş-üç cümlə yazdığım (məlumatsızlıqdan, əlbəttə) igidlərimzidən biri də Əzizov Yusif İsmayıl oğludur.
Peşəsi mədəni-maarif işçisi kimi, kitabxanaçılıq olan Yusif dayını mən hələ Kəlbəcər Aşıq Şəmşir adına rayon mədəniyyət evinin bədii rəhbəri işləyəndən tanımışdım. Ayda bir dəfə rayon mədəniyyət evində keçirilən mədəniyyət müəssisələri işçilərinin seminarında iştirak edirdi. Sakit, başı aşağı, təmkinli, mədəniyyəti ilə də seçilən Yusif Əzizovu belə görmüşdüm. Sən demə, onun daxili dünyasında bir özgə aləm var imiş: yurda sadiqlik!
Əzizov Yusif haqqında o vaxtlar əldə etdiyim məlumatlar bunlardan ibarət idi: “Əzizov Yusif İsmayıl oğlu Kəlbəcərin Xallanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda kitabxanaçılıq ixtisasına yiyələnib.
1980-ci ildə texnikumu başa vurduqdan sonra o, Taxtabaşı kənd kitabxanasının müdiri işləyirdi.
Mədəniyyət işçisi olan Yusif İsmayıl oğlu 1993-cü ilin mart ayının sonlarında Kəlbəcərdə gedən döyüşlərdə iştirak etmişdir.
Qısa döyüş yolu keçən, dörd övlad atası Yusif Əzizov həmin il aprelin əvvəllərində Taxtabaşı kəndinin müdafiəsində durarkən düşmən gülləsinə tuş gələrək, həlak olmuşdur. Lakin onun nəşinin döyüş meydanından çıxarılması mümkün olmamışdı…”
Vəssalam, həmin kitabda olan məlumatlar bunlardan ibarət idi.
Kəlbəcərin 5 illik mühasirə dövründə, digər həmyerliləri kimi, o da silaha sarılaraq, könüllü batalyona yazılıb dağlara üz tutdu. Nə yazıqlar ki, son aqibəti 32 ildən sonra məlum oldu.
Kəlbəcərlilərin 1993-2020-ci illər ərzində qaçqınlıq-köçkünlük kimi ağır şəraitdə yaşamasına baxmayaraq, Yusif kimi igidlərdən soraq ala bilməməsi onlara daha ağır mənəvi-psixoloji zərbə oldu. İllərin, əsrlərin yadigarı olan ev-eşikləri, mal-mülkləri bir yana, Vətənə sipər oğulların da itkin düşməsi, yaxud düşmən əlinə keçərək minbir zülmə düçar olmaları da bir yandan onları üzdü. Ona görə də Kəlbəcərdən gələn ata-anaların ömürləri yetmədi ki, geri dönüşdə xaraba qalan yurdlarını görsünlər, itirdiklərini dağlardan sorsunlar…
Belə sorağı gəlməyənlərdən biri də Yusif Əzizov idi ki, bu günlərdə Kəlbəcər torpağında vaxtilə uğrunda canından keçdiyi ana torpağa tapşırıldı. Görəsən, anası onun bu gedişini necə ağlayardı? Çətin ki, həmin hissləri qələm yaza bilsin…
Təkcə Yusifimizəmi ağlayır indi ellər?! Yox, o qədər Yusif kimi oğullarımız, ağsaqqal-ağbirçəklərimizdən hələ də soraq yoxdur ki. Ona görə də illərdən sonra nəşinin qalıqlarını tapıb torpağa tapşıranda “şükür bu günə!”-deyənlərimiz də oldu.
Qınamayın heç kimi. Qınamayın məni də. Mənim də taleyimə sanki belə yazıları qələmə almaq yazılıb.
Yeriniz behişt olsun, şəhidlərim! Ata-analar birini, ikisini, ailələr, kənd-kəsəklər, ellər onunu, yüzünü itirirsə, mən mindən artıq ŞƏHİDimə qara dastan yazıram…
İtirəndən yurd-yuvanı,
Ölürük, ay Məmməd Aslan!
Paralanmış ürəyi də
Bölürük, ay Məmməd Aslan!
Dünya olub etibarsız,-
İnsanları düz ilqarsız,
Batıb yasa, arsız-arsız
Gülürük, ay Məmməd Aslan!
Qaçqın ki saydılar bizi,
Kölgə basdı gözümüzü.
Yaralanan köksümüzü
Dəlirik, ay Məmməd Aslan!
Düşmən qatıb başımızı,
Soyutmuşuq aşımızı.
Gözdən axan yaşımızı
Silirik, ay Məmməd Aslan!
Ömür qısa, yolçu yorğun,
Fikir, xəyal düşüb orğun.
İçimizə düşüb qırğın,
Gəlirik, ay Məmməd Aslan!
Təəssüf ki, 32 ildən sonra məzarı qazılan Qafar Qəmbər oğlu Qarayevin doğmalarını hələ tapa bilmədiyim üçün haqqında heç nə ysza bilmirəm. Ruhun qarşısında baş əyirəm, Qafar Qarayev! Qarayevlər, bu yazını oxuyanda qanınız qaralmasın...
Qafarlarımızdan qara dastanlar, kitablar yazılmalıdır...
Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin təsisçisi və baş redaktoru
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar