Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmik Stansiya təqaüdə çıxanda nə baş verəcək? - Dəyəri 150 milyard dollardır...

Tarix: 03-06-2023 21:38     Baxış: 4914 A- / A+
Beynəlxalq Kosmik Stansiyanın (BKS) mandatı 2031-ci ildə başa çatır. Bu tarixdə okeana atılması planlaşdırılan stansiyanın ömrünü uzatmaq üçün artıq müraciətlər başlayıb.

Manevr.az
BBC-yə istinadən xəbər verir ki, NASA da yeni kosmik stansiya qurmağı planlaşdırır.
Planetimizin ətrafında saatda 29 min kilometr sürətlə təxminən 400 kilometr hündürlükdə dövr edən Beynəlxalq Kosmik Stansiya (BKS) ömrünün sonuna yaxınlaşır. Kosmik stansiyanın dünya üçün böyük əhəmiyyəti var. ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA), Yaponiya Kosmik Agentliyi (JAXA), Avropa Kosmik Agentliyi (ESA) və Rusiya Kosmos Agentliyi (Roskosmos) kimi bir çox təşkilatın hazırlandığı stansiya əməkdaşlığın məhsuludur.

ISS soyuq müharibədən sonra ABŞ və Rusiyanı bir araya gətirə biləcək nadir layihələrdən biridir. Davam edən Ukrayna-Rusiya Müharibəsi nəticəsində ABŞ və Rusiya arasında əlaqələr gərginləşsə də, astronavtlar bu strukturda birgə işləməyə davam edirlər. Ukrayna-Rusiya müharibəsi ilə Rusiyanın 2024-cü ildə stansiyadakı fəaliyyətini dayandıracağı və stansiyadan çəkiləcəyi bildirilirdi. Bu yaxınlarda Rusiya kosmik stansiyada işlərini 2028-ci ilə qədər davam etdirmək qərarına gəlib.

1998-ci ildə tikintisinə başlanan stansiyada minlərlə elmi təcrübə aparılıb. Stansiyada Alzheimer və Parkinson kimi xəstəliklər araşdırılarkən maddənin yeni halları tədqiq edilmiş və kahı və ya turp kimi qidaların kosmosda yetişdirilməsinin yolları axtarılmışdır. Sözügedən təcrübələr stansiyada aparılan çoxsaylı tədqiqatlardan yalnız bir neçəsidir. BKS-nin digər əhəmiyyəti isə 150 milyard dollar dəyərində bəşəriyyət tərəfindən inşa edilən ən bahalı struktur ünvanına sahib olmasıdır. Yalnız NASA BKS-nin xərclərinə ildə 3-4 milyard dollar xərcləyir. Stansiyanın istismar müddəti 2031-ci ildə başa çatacaq. Bəs o tarixdən sonra nə olacaq? Onun yerində yeni stansiya tikiləcəkmi?

Hazırda futbol meydançası böyüklüyündə olan bu quruluşun 2031-ci ildə Sakit okeana atılması planlaşdırılır. Lakin hazırda stansiyanın okeana atılıb-atılmaması müzakirə olunur. Bəzi şirkətlər bütün stansiyanın orbitdən çıxarılmasının israf olacağını və onun bəzi modul və resurslarının yenidən dizayn edilə və ya kosmosda təkrar istifadə oluna biləcəyini iddia edirlər. NASA hələ bu məsələ ilə bağlı açıqlama verməyib, lakin ISS-in orbitdən çıxarılmasının yaxınlaşması üçün son tarix kimi NASA fikrini dəyişə bilər.

ABŞ kosmik şirkəti CisLunar Industries-in baş direktoru Qari Kalnan deyir: “Kosmosda heç kim onu okeana buraxmaq istəmir. 2022-ci ilin sonunda CisLunar və bir sıra digər şirkətlər Ağ Evə stansiyanın bəzi modullarından yenidən istifadə etmək təklifi təqdim etdilər. Ağ Evin anlayışla yanaşdığını deyən Kalnan, "Bu ideyanı bəyəndilər" deyir.

Bundan əlavə, NASA bir çox özəl şirkətlərlə kosmos turistləri üçün Yer orbitində kommersiya kosmik stansiyaları qurmağı hədəfləyir. Boeing və SpaceX kimi şirkətlər tezliklə turistləri aşağı Yer orbitinə daşımağa başlayacaq. Bu layihələr üçün bir çox qurum artıq yüz milyardlarla dollarlıq planlarını açıqlamağa başlayıb. NASA həmçinin tərəfdaşları ilə Ayın yaxınlığında yeni kosmik stansiya qurmağı planlaşdırır.

Ancaq hamı orbitdə kosmik stansiya tikmək fikrinə müsbət yanaşmır. Hətta ISS-nin artıq uğursuz olduğunu iddia edənlər də var. Britaniya astronomu Royal Lord Martin Rees deyir ki, ISS-in dəyəri onun qaytarılması ilə müqayisədə kifayət qədər yüksəkdir. Rees deyir: "Sırf elm üçün belə bahalı bir struktur tikmək qətiyyən dəyməz". Rees təklif edir ki, xalqlar daha çox robot missiyalarına diqqət yetirməlidirlər, məsələn, çox uğurlu James Webb Kosmik Teleskopu və ya Marsa davam edən missiyalar. Nisbətən ucuz pilotsuz uçuşlara üstünlük verilməli olduğunu müdafiə edən alim, "İnsanları kosmosa göndərmək çox bahadır. Məncə, insanların kosmosa uçuşunun gələcəyi milyarderlər və macəraçılar üçündür".

Bu pulu kosmik stansiya tikməkdənsə, başqa kosmik missiyalara xərcləmək fikri də cazibədardır. NASA Artemida missiyası ilə Ay səthinə qayıtmağa çalışır. ISS-in missiyası bitdikdən sonra stansiyaya xərclənən illik 3-4 milyard dollar Artemida layihəsinin can damarı ola bilər. Corc Vaşinqton Universitetinin kosmos siyasəti üzrə eksperti Con Klein kosmosda yeni bir stansiya inşa etməyin çox baha başa gələcəyini söyləyərkən, ABŞ-ın Artemis proqramına davam edəcəyini proqnozlaşdırdığını da əlavə etdi.

Nigar Nəriman

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar