Xəbər lenti
“Palmali ailəsi”nin gəmisi ailəsiz böyümüş şəhid Səbuhi Əhmədovun adını daşıyacaq
Şəhid Səbuhi Əhmədov
“Palmali”nin qurucusu və sahibi, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərimizin adlarının verilməsi təşəbbüsü ilə çıxış edib.
Bununla əlaqədar bildirməliyik ki, “Palmali”nin bu yaxınlarda aldığı 6 yeni gəmidən daha birinə Şəhid Səbuhi Əhmədovun adı verilib. Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və “SOS” Uşaq Evində böyüyüblər. “Palmali Holding”in sahibi Mübarız Mənsimov şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng edərək, gəmiyə Səbuhi Əhmədovun adının verilməsi xəbərini verib, xeyir duasını aldıqdan sonra İstanbula dəvət ediləcəyini vurğulayıb. Mübariz Mənsimov şəhidimizin adını daşıyan gəmidə xüsusi ayrılmış otaqda onun həyat və döyüş yolunu əks etdirən foto- və videomaterialların yerləşdiriləcəyini bildirib və hazırlıq görülməsi üçün şəhidin qardaşından şəkillər istəyib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və “SOS” Uşaq Evində böyüyüblər. Subay idi.
Səbuhi Əhmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsində savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar