Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur”

Tarix: 17-10-2022 20:03     Baxış: 3798 A- / A+

                               Jalə Əhmədova,  Milli Məclisin deputatı       

Bu gün Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümü tamam olur. 
1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğal olunmasından sonra Ümummilli Lider Heydər Əliyevin əmri ilə başlanmış hərbi əməliyyatlarla 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. 
Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardı. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər  İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Füzuli əməliyyatı ilə həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.
Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu bunu  bacardı. Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad edildi.

Azərbaycan Ordusu qisasını mülki vətəndaşlardan yox, döyüş meydanında aldı və həlak olanların qanı yerdə qalmadı. Azərbaycan Ordusunun gücü qarşısında qorxuya düşən düşmən əsgərləri Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə qoyub qaçdılar. 
Füzuli döyüşlərində Ordumuzun göstərdiyi qəhrəmanlığa verilən yüksək dəyərin rəmzi kimi ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25301 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün Füzuli də işğaldan azad edilmiş digər ərazilərimiz kimi canlanır. Aparılan sürətli bərpa və quruculuq işləri sayəsində rayonun yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı artıq “Qarabağın hava qapısı” adlandırılan və cəmisi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının, “Füzuli” yarımstansiyasının və digər mühüm obyektlərin açılışı olmuş, Füzuli-Şuşa avtomobil yolu – Zəfər yolu istifadəyə verilmiş, o cümlədən   Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin, Peşə Liseyinin və bir sıra başqa mühüm infrastruktur obyektlərinin təməli qoyulmuşdur. 
Həyata keçirilən bütün bu işlər tezliklə Füzuli rayonunun da işğaldan azad olunmuş digər ərazilərimiz kimi tezliklə sakinlərinin ixtiyarına veriləcəyinə əminliyimizi daha da artırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar