Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT! Qaz limitini keçənlər - Bu qədər GÜZƏŞT əldə edəcəksiniz

Tarix: 01-05-2019 13:13     Baxış: 3193 A- / A+
DİQQƏT! Qaz limitini keçənlər - Bu qədər GÜZƏŞT əldə edəcəksiniz

“Qaz limitini keçənlər əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər”.
Manevr.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov qaz limitinin artırılmasının əhaliyə təsirlərini şərh edərkən qeyd edib:

“SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək, şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq”.

İqtisadçı vurğulayıb ki, güzəşt vətəndaşların limitinə əlavə olunacaq:

“Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilən güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq, bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədə uyğun hesab edirik”.redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar