Sizin Reklam Burada
Xəbər lenti
15-02-2025
14-02-2025
BÜTÜN XƏBƏRLƏR

Saç boyası üçün ən zərərli rənglər - ARAŞDIRMA

Tarix: 15-02-2025 08:54     Baxış: 335 A- / A+
Saç boyası üçün ən zərərli rənglər - ARAŞDIRMA
Qadınların çoxu saç boyasında ammonyakın olmamasını onun təhlükəsiz və keyfiyyətli olması ilə əlaqələndirir. Lakin alimlərin son araşdırmaları göstərib ki, saç boyasının tərkibindəki ən təhlükəli maddə heç də ammonyak deyil. Mütəxəssislər bildirirlər ki, saç boyasının keyfiyyəti yalnız ammonyakın olub-olmaması ilə müəyyən edilmir. 
Manevr.az lent.az-a istinadla saç boyasının ən zərərli rənglərini təqdim edir:

Boyanın davamlı istifadəsi müəyyən sağlamlıq riskləri daşıya bilər. Buna görə də seçim edərkən tərkibinə diqqətlə baxmaq vacibdir, çünki bəzi komponentlər təkcə saçlara deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər.
Sağlamlıq üçün ən zərərli saç boyası hansıdır?
Alimlərin fikrincə, ən təhlükəli saç boyaları tünd rəngli boyalardır. Bunun səbəbi onların tərkibində rezorsinol adlı maddənin olmasıdır.
Rezorsinol yalnız tünd rəngli saç boyalarında olur. Bu maddə, dəriyə yapışan rəng piqmentlərini asanlıqla çıxarmaq üçün boyanın tərkibinə əlavə edilir. Lakin bu komponent çox zəhərlidir və tənəffüs yollarında müxtəlif dərəcəli allergik reaksiyalara səbəb ola bilər.
Bundan əlavə, rezorsinol endokrin sistemin fəaliyyətində pozğunluqlara yol aça bilər. 2021-ci ildən etibarən bir çox Avropa ölkəsində rezorsinol insan sağlamlığı üçün yüksək risk daşıyan maddələr siyahısına əlavə edilib.
Tünd rəngli boyaların daha bir təhlükəsi: Ağır maddələr
Tünd rəngli boyaların tərkibində qurğuşun və civə duzları (plumbatlar və merkuriatlar) da ola bilər. Bu maddələr bədəndə toplanarsa, ciddi zəhərlənməyə səbəb ola bilər. Qurğuşun və civə əsasən böyrəklərə və qaraciyərə zərər verir, çünki bu orqanlar ilk növbədə onların təsirinə məruz qalır.
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbedə boyadan zərər çəkmişlərdən biridir. Saçını boyadıqdan sonra üzündə kimyəvi yanıq izləri yaranıb. O, sosial media hesabında üzündəki yanıq izlərini göstərən bir fotoşəkil paylaşaraq, "Bir daha saçıma boya sürməyəcəyəm”, o bildirib.
Əgər siz saçlarınızı tez-tez boyayırsınızsa, tərkibi diqqətlə yoxlamaq və mümkün qədər təbii, zərərsiz alternativlər seçmək tövsiyə olunur. Xüsusilə tünd rəngli boyalar alarkən diqqətli olmaq lazımdır, çünki onların tərkibində sağlamlığa ciddi zərər verə biləcək maddələr ola bilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar