Xəbər lenti
Yumurta qiymətləri rekord həddə çatdı
ABŞ-da tez-tez rast gəlinən quş qripi epidemiyası səbəbiylə toyuqların kəsilməsi yumurta istehsalına mənfi təsir edib və qiymətləri artırıb.
Manevr.az xəbər verir ki, Nyu-York şəhəri və ətrafındakı ərzaq mağazaları müştərilərin yumurta almasını məhdudlaşdırıb, bəzi mağazalarda yumurtanın qiyməti rekord həddə - 10 dollara çatıb.
Nyu-Yorkda bəzi əyalətlərdə quş qripinin qarşısını almaq üçün quş bazarları da müvəqqəti bağlanıb. Bəzi ərzaq mağazaları müştərinin maksimum üç qutu yumurta ala biləcəyini bildirib. Toyuq məhsullarının saxlandığı rəflərin çoxu boşdur.
Bundan əlavə, Amerika mətbuatında yer alan xəbərlərə görə, quş qripinin yenidən ortaya çıxması səbəbiylə 2022-ci ildən bəri ABŞ-da 110 milyon yumurtlayan toyuq məhv edilib. Yumurtalı səhər yeməyi və sendviç satan bəzi restoranlar menyu qiymətlərini artırıb.
Digər tərəfdən, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, son 5 ildə ölkədə yumurta qiymətlərində çox artım var.publika.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar