Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.
Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57047 nəfər sakin məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15459 ədəd əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində isə 48847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.
Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Füzuli rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 83544 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22635 ədəd əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.
Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal olunması nəticəsində 52141 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15206 ədəd əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov qeyd edib ki, Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət kənddən ibarət Zəngilan rayonunun işğal olunması nəticəsində 32775 nəfər dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 ədəd əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.
Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğal olunması nəticəsində 29539 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10159 ədəd əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Bundan başqa, ittiham aktında qeyd olunub ki, təcavüzkar müharibə nəticəsində ümumilikdə Azərbaycan Respublikasının mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevirilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.
Eyni zamanda, Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin olunmasına sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Dövlət ittihamçısı Təranə Məmmədova İttiham aktına əsasən elan edib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.