Sizin Reklam Burada
Xəbər lenti
06-02-2025
05-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Tarix yaşadan binalar” təqdim edildi -FOTOLAR

Tarix: 06-02-2025 17:14     Baxış: 443 A- / A+
(Tikdi ki bu günə də, sabaha da izi qala)
    
Azərbaycan Yazıçılar Birliyində  Bakının neft milyonçusu, tacir və mesenat - xeyriyyəçi Ağa Musa Nağıyevin 175 illik yubileyinə həsr olunmuş “Tarix yaşadan binalar” adlı kitabın  təqdimatı keçirildi. 
     Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid iştirakçıları salamlayaraq öz adından, həmçinin birliyin sədri Anar Rzayevin və katibliyin adından sanballı nəslin nümayəndəsi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanı yeni kitabı münasibətilə təbrik etdi, dərin hörmət və ehtiramlarını çatdırdı. Rəşad Məcid Bakının  məşhur on bir milyonçusu arasında birinciliyi qazanan  Ağa Musa Nağıyevin xalqı üçün tikdirdiyi, müasir dövrümüzə qədər əsrarəngiz gözəlliyini itirməyən qədim binalardan danışdı.
     Ağa Musa Nağıyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
     Tədbiri davam etdirən aparıcı ictimai xadim Hacı Quliyev təqdim edilən kitabın ərsəyə gəlməsindən və toplanan  materialların oxucular üçün dəyərli olmasından  bəhs edərək kasıb kəndli balası Ağa Musa Nağıyevin  saman satmaqdan milyonçu olana qədər keçdiyi ömür yolu və xalqının rifahı naminə əvəzsiz xidmətləri haqqında geniş məlumat verdi. 
     Kitabın  müəllifi tarix elmləri üzrə fəlsəfə doktoru, alim , “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin (QHT) təsisçisi və  sədri, bir çox dövlət mükafatlarına layiq görülən Dilarə Nağıyeva sayca 10-cu olan bu kitabını babası Ağa Musa Nağıyevin və atası Fərəc Nağıyevin uzun müddət  tədqiq edilməmiş çoxşaxəli fəaliyyətlərini araşdırmaq  məqsədilə yazdığını vurğuladı. Babasının adını özünə təxəllüs götürən və xeyriyyəçilik əməllərini davam etdirən Dilarə Nağıyeva təqdimata toplaşan elm adamları, ziyalılar, şəhid ailələri, qazi və digər kitabsevərlər üçün bu kitabın  maraqlı və oxunaqlı olacağına əminliklə yanaşaraq ünvanına  yönələn təbriklərə, xoş arzu və diləklərə görə onlara dərin minnətdarlığını bildirdi.  
     Tədbirdə Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva, xeyriyyəçi, ictimai xadim Hacı Nuran, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, tanınmış şair Aləmzər Sadıqqızı, yazıçı-publisist, jurnalist Rəna Təbəssüm və başqaları çıxış edərək  kitabla bağlı fikirlərini bölüşdülər və müəllifə uğurlar arzuladılar.  İctimai fəallığı ilə seçilənlər “Ağa Musa Nağıyev” adına diplomla mükafatlandırıldı.  Möhtəşəmliyi ilə yaddaqalan  kitab təqdimatının sonunda xatirə şəkilləri çəkildi.  
     Ömürlərə işıq saçan  milyonçu, tacir və mesenat - xeyriyyəçi Ağa Musa Nağıyevin adını yaşadan, xalqına miras qalan,  bu gün də istifadədə olan tikdirdiyi 98 bina həqiqətən, tarix yaşadır. Bu binaların əksəriyyətinin üzərində adının baş hərfləri  - M.N. həkk olan daş kitabələr mövcuddur ki, ondan qalan silinməz  nişanə  kimi qəbul olunur.  Milyonçunun varlığı bu gün də tarix yaşadan binaların hər bir daşında hiss olunur. 
     Bəli, sadə kəndli balası, milyonçu  Ağa Musa Nağıyev tikdi ki bu günə də, sabaha da izi qala...
 
    P.S. Milyonçu, xeyriyyəçi babası Ağa Musa Nağıyevin 175 illik yubileyinə həsr etdiyi “Tarix yaşadan binalar” adlı kitabda “Borcu ödəmək şərəfi” adlı müsahibəmə yer verdiyinə görə,
 müəllif tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyevaya təşəkkür edirəm.
 
     Rəna TƏBƏSSÜM
     Yazıçı-publisist, jurnalist,
Mahmud Kaşğari mükafatçısı




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar