Sizin Reklam Burada
Xəbər lenti
19-12-2024
18-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədovdan yeni QƏRAR

Tarix: 19-12-2024 14:08     Baxış: 328 A- / A+

Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydası təsdiq edilib.

Manevr.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qayda ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir. Habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.
Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:
- bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
- bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;
- bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı aşağıdakı düsturla müəyyən edilir:
BİP - bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı;
ÜH - müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumi həcmi;
bp - bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrə ümumi bazarda payı;
ÜHbi - müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçıları tərəfindən təqdim edilən malın ümumi həcmi.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar