Bəşər Əsədin devrilməsindən saatlar sonra Dəməşqə gələn HTŞ lideri Əbu Məhəmməd əl-Kolani Əməvi məscidində çıxış edib.
Xarici mətbuat xəbər verir ki, Colani, "Bu zalım (Əsəd) bütün Suriya xalqına zülm etdi. Qardaşlarım, bu qələbə bütün İslam ümməti üçün bənzərsiz bir qələbədir" sözlərini deyib.
20 ildir bu anı gözlədiyini vurğulayan Colani:
"Bu zalım (Əsəd) bütün Suriya xalqına zülm etdi. Suriyada müharibədən zərər görməmiş ev qalmayıb. Allaha şükür, müharibə bitdi. Qardaşlarım, bu qələbə bütün İslam ümmətinin misilsiz qələbəsidir. Qardaşlarım, bu qələbə region üçün yeni bir tarixdir. Biz daha çox təhlükələrdən (hücumlardan) qaçdıq, lakin rejim Suriyanı İranın ambisiyaları meydanına çevirdi. Onlar məzhəbçiliyi və korrupsiyanı yaydılar. Bu gün Allahın dəstəyi, mücahid qardaşlarımızın səyi və cəsarəti, şəhidlərin qanı, dul və yetimlərin duaları ilə Suriya bütün bu bəlalardan təmizlənəcək. Bu qələbə məzlum məhbusların azadlığa çıxmasına yol açdı. Zalım rejimə baxmayaraq, Allahın dəstəyi ilə mücahidlər həbsxanaları açıb məhbusları azad etdilər. Hansı hüquqlarınızdan məhrum oldunuzsa, onları geri alana qədər Allahın dəstəyi ilə arxanızca gedəcəyik. İcazə verin sizdən kiçik bir xahiş edək; 20 ildən artıqdır ki, bu torpaqlardan uzaqdayam və həmişə belə bir günü arzulamışam. Bir müddət sizinlə olmaq istəyirəm. Sakit oturaq, düşünək, dua edək və Allaha şükür edək. Qardaşlar, bu bizim borcumuzdur.Oturun, namaz qılın, axşam namazının vaxtı yaxınlaşır".milli.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar