Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Fərqanə Qasımovanı aldadıb 400 manatını aldılar

Tarix: 24-12-2024 20:18     Baxış: 339 A- / A+


Əməkdar artist Fərqanə Qasımovanın başına iş gəlib.
Manevr.az Milli.az-a istinadən xəbər verir ki, dələduzların qurbanı olan xanəndə bu barədə sosial media hesabında paylaşım edib.
Müğənni bildirib ki, dələduzlar rəfiqəsinin adından istifadə edərək ondan 400 manat pul alıblar:
"Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır! Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır".
Xatırladaq ki, daha əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da adından dələduzluq halları olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar