Xəbər lenti
İsti hava bu yaşda daha təhlükəlidir
Nyu-Yorkun Kolumbiya Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin bir qrup amerikalı alimi həddindən artıq istilərin əhali arasında ölüm hallarına təsirini öyrəndikdən sonra gözlənilməz nəticələrə gəliblər. Məlum olub ki, yüksək temperatur ən çox gənclərin həyatına son qoyur.
Bu barədə araşdırma "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.
Komanda Meksikadan gələn iqlim və demoqrafik məlumatları araşdırıb. Təhlil göstərib ki, 1998-ci ildən 2019-cu ilə qədər ölkədə hər il istiliklə bağlı 3300-ə yaxın ölüm qeydə alınıb. Onların demək olar ki, üçdə biri 18-35 yaş arasında olan insanlardır. Ümumilikdə, 35 yaşa qədər olan insanlar istidən ölənlərin 75%-ni təşkil edib.
Beş yaşdan kiçik uşaqlar, xüsusən də körpələr də son dərəcə həssasdırlar.
Tədqiqatçıların fikrincə, bu vəziyyət bir neçə amillə bağlı ola bilər. Gənclər daha çox açıq havada, tikinti sahələrində və kənd təsərrüfatı müəssisələrində işləyirlər.
Həmçinin, gənclər ən çox açıq havada idmanla məşğul olurlar, özlərini təhlükələrə məruz qoyurlar.
Mütəxəssislər qeyd ediblər ki, yaşlı insanlar, bir qayda olaraq, istidən deyil, daha çox soyuqdan ölürlər. Bu, onların bədən istiliyinin yaşa bağlı azalması ilə əlaqədardır.Oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar