Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda sinə əməliyyatından narazı qalan qadın klinikanı CƏRİMƏ etdirdi

Tarix: 07-12-2024 22:54     Baxış: 395 A- / A+
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Reo Med Tibb Mərkəzi" MMC altı min manat cərimə edilib.

Klinikanın cərimə edilməsinə səbəb C.V. adlı şəxsin "Reo Med"də cərrahiyyə əməliyyatının uğursuz keçməsi olub.

Belə ki, C.V. "Reo Med"in həkimi Ramiz Kərimov tərəfindən mammoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurlu keçmədiyi və sağlamlığında fəsadlar yarandığı barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, plastik cərrahiyyə lisenziyası olmayan klinikada C.V.-nin sağlamlığında fəsadlar yaranması ilə nəticələnən mammoplastika əməliyyatı keçirilib.

Nəticədə klinika barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Reo Med Tibb Mərkəzi" MMC 6 000 manat məbləğində inzibati cərimə olunub. C.V. adlı şəxsə dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar