Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

90 faizlik nəticə varsa, sülh niyə imzalanmır? - Sabiq nazir detalları açıqladı

Tarix: 07-12-2024 20:20     Baxış: 3144 A- / A+


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Manevr.az həmin müsahibəni təqdim edir:
- Nikol Paşinyan açıqlayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində 90 faizlik bir irəliləyiş var. Bir müddət öncə isə iki məsələ ətrafında tərəflərin fikir mübadiləsinin davam etdiyi vurğulanmışdı. Belə bəyanatların verilməsində məqsəd nədir?
- İlk dəfə deyil ki, bu cür bəyanatlar verilir. Belə bəyanatların verilməsində əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə hesablanıb. Elə bir təəssürat yaratmağa çalışılır ki, “guya Azərbaycan hazır olmuş sənədə qol çəkmək istəmir”. Amma təbii ki, vəziyyət belə deyil. Burada həllini gözləyən məsələlər çoxdur. Əsas məsələ isə Ermənistanın öz işğalçı niyətindən, Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi olaraq imtina etməməsidir. İrəvan müxtəlif bəhanalər edir ki, buna getməsin.
- Azərbaycanın əsas mövqeyi nədən ibarətdir?
- Əgər Ermənistan rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddialarından imtina etməsə, Bakı heç bir sənədə imza atmayacaq. Əslində, bu sənəd ikinci dərəcəli bir mövzudur. Əsas amil odur ki, Ermənistan bu münaqişəyə son qoymaq istəyirmi? Görünən odur ki, hansısa sənədlərin qəbul edilməsi ilə Ermənistan görüntü yaratmağa çalışır. Bu isə qəbul edilən variant deyil.
- Ermənistanın NATO-ya üzvlüyü, Krımla Qarabağ arasında hansısa paralelik aparması nə dərəcədə məntiqli görünür?
- Ona görə də imzalanacaq hansısa sənəd məsələnin həll olunması demək deyil. Buna qədər yetərincə sanballı qərarlar var idi. Amma Ermənistan bu qərarlara məhəl qoymadan Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdü. Keçmiş sovet konstitusiyasına ziddi olaraq Azərbaycana qarşı ərazi idiasını ehtiva edən “miatsum”, yəni “birləşmə ideyası” başladılıb. Daha sonra müstəqillik dövründə BMT-nin qətnamələrinə məhəl qoymadan Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanılıb. Ona görə də hansısa sənədə imza atılsa, belə bu Ermənistanın öz çirkin siyasətindən əl çəkməsini ehtiva etmir.
- Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə prosesə birdəfəlik son qoyulması nə dərəcədə inandırıcıdır?
- Azərbaycan da haqlı olaraq məhz bu məsələni önə çəkir. Çünki konstitusiya dəyişikliyi referendum vasitəsi ilə həyata keçirilir. Referendum isə ictimai diskusiya ilə baş tutur. Bu zaman başa düşmək olar ki, Ermənistan cəmiyyəti hansı düşüncədədir. Erməni cəmiyyətinin Azərbaycana qarşı olan ərazi iddialarından imtinaya hazır olub-olmaması məhz bununla müəyyənləşə bilər. Ona görə də burada Paşinyanın yalançı manevrlərinə etibar etmək olmaz.
- Ermənistana gələn ölkə başçılarının və digər rəsmi şəxslərin Azərbaycanla şərti sərhəddə gətirilməsində məqsəd nədir?
- Azərbaycanla Ermənistan sərhəddi hələ dəqiqləşməyib. Erməni tərəfi gecə-gündüz çalışır ki, gələn qonaqların hamısını Azərbaycanla şərti sərhəddə aparsın. Onlar həmin şəxslərə göstərməyə çalışırlar ki, sərhəd məhz buradan keçir. Sərhəd hələ müəyyən olunmayıbsa, onu öz mövqeyinə uyğun təbliğ etmək yanlışdır. Əslində, bu erməni tərəfinin işğal siyasətinə sadiq olduğunu göstərir. Beləliklə, özlərinə srəf edən mövzuları təbliğ edirlər. COP29 ərəfəsində belə bu məsələni daha çox qabartmağa çalışdılar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar