Xəbər lenti
"Ermənistanda döyülən bir Azərbaycan əsilli İran vətəndaşı elə Azərbaycanlı sayılır" – AÇIQLAMA
O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Bəs görəsən Ermənistanda baş verən bu hadisə Azərbaycan tərəfindən necə qarşılanacaq?
Politoloq Turan Rzayev bildirib ki,
"Ermənistan cəmiyyətində təəssüf ki, siyasi şüur hələ də daşnaksütun partiyasının qoyduğu revanşis, ultramilliyətçi və ermənisayağı faşist idealogiyası əsasında formalaşır. Ermənistana bu faşist idealogiyasını aradan qaldırmaq üçün təkcə hakimiyyət dəyişikliyi yox, həm də bir mədəni inqilab lazımdır. Paşiniyan bunu nə dərəcədə edə biləcək, bunu demək çətindir, amma bütün hallarda onun hakimiyyəti dövründə bu qüvvələrə müəyyən mənada zərbə vuruldu. Amma bəzən o özü də bu qüvvələrdən istifadə edir. Azərbaycanlının Ermənistanda döyülməsi təbii ki, doğru deyil. Şimal və ya cənub fərqi yoxdur, bu, Azərbaycana qarşı atılmış bir addımdır. Həmin şəxs milliyətcə İran vətəndaşı olsa da, etnik baxımdan Azərbaycanlıdır. Ölkə başçımızın çox gözəl bir sözü var, "Biz sərhədlərimiz xaricində olan soydaşlarımızın taleyinə biganə qala bilmərik" Bu gün Ermənistanda döyülən bir Azərbaycan əsilli İran vətəndaşı elə Azərbaycanlı sayılır. Biz əgər sülh prosesindən, sərhədlərin açılmasından, gediş-gəlişdən danışırıqsa bu problemlər sabah bizim də başımıza gələcək. Əslində bu hadisə bir daha İlham Əliyevin konsitusiya məsələsində Ermənistandan tələb irəli sürməsi və bu tələbdə israrlı mövqe sərgiləməsinin nə dərəcədə doğru və yerində addım olduğunu sübut edir. Bu gün əgər biz konsitusiya məsələsində Ermənistandan tələblərimizi irəli sürməsək, sabah Paşinyanın yerinə gələcək hakimiyyət də revanşis qüvvə ola bilər. Yenə işğalçılığa cəhd edə bilər. Ən əsası sabah Zəngəzurdan keçəcək vətəndaşlarımıza qarşı da belə hadisələr törədilə bilər. Ona görə də Rəsmi Bakı bu gün geri addım atmamalı və sona qədər Ermənistandan tələblərini irəli sürməlidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar