Xəbər lenti
Əkrəm Əylisliyə “Xalq yazıçısı” fəxri adı verilməlidir — TƏKLİF
Emil Rasimoğlu
yazar
Bu aralar müxtəlif ədəbi mövzulardan söz açarkən ədəbi ictimaiyyətdən bir çoxları üzünü mənə tutub (kortəbii, mətləbdən kənar şəkildə) tez — tez Əkrəm Əylislinin adını hallandırır...
Əvvəla, onu deyim ki, Əkrəm Əylisli haqqında bu günə qədər haqlı olaraq (məhz haqlı olaraq!) nə yazmışam... bu gündən sonra da haqlı olaraq (məhz haqlı olaraq!) nə yazacağamsa hamısı necə deyərlər, nöqtəsinə, vergülünə qədər onun haqqıdır. Yazmaqdan da məmnunam!..
O sənətkardı... Çağdaş nəsrimizin danılmaz Əkrəmidir. Onun (yaradıcılığının!) qarşısında saat əqrəbləri çoxlarının bütünü “əridəcək”... Necə ki, artıq “əridir”. Burası belə!..
Madam ki, belə tez — tez adı hallanır, o zaman bir — iki abzas da Əkrəm Əylislidən bəhs edim.
Əkrəm Əylisli imzasının çağdaş ədəbiyyatımızdakı mövcudluğunu inkar etmək birmənalı şəkildə sənətdən biixəbərlik... və ya sənətə kürək çevirmək anlamına gəlir.
O imzanın varlığının təsdiqi qədər də o imzanın haqq etdiyi nəsnələr var. O nəsnələr ki, bu gün onları Əkrəm Əylisliyə necə deyərlər, haqsızcasına çox görürlər.
HAŞİYƏ:
Məlum “Daş yuxular”la bağlı kifayət qədər fikirlərimi bildirmişəm. Qısaca bir daha deyim ki, o əsər (yalnız!) yaradıcı müstəvidə, ədəbi masada sənətin, sənətkar missiyasının mahiyyəti üzərində müzakirə olunmalı və əsərlə bağlı doğru — dürüst nəticəyə gəlinməlidir.
QAYIDIM MƏTLƏBƏ... Düşünürəm ki, Əkrəm Əylisli nə qədər ki, həyatdadır ona qarşı olunan haqsızlıqlar müəyyən addımlarla etiraf edilməlidir.
MƏSƏLƏN, qarşıdan Əkrəm Əylislinin doğum günü gəlir. Ona “Xalq yazıçısı” fəxri adının verilməsi ilə bağlı (xüsusən də AYB sədri Anar) təqdimat yazmalı və təsdiqlənməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar